F1 ikinci sərbəst yürüşünün qalibləri məlum olub - BAKI 2021

Bakıda keçirilən Formula 1 yarışları çərçivəsində F1 ikinci sərbəst yürüşlərinin qalibi müəyyən olunub. SİA-nın məlumatına görə, 10 komandanın iştirak etdiyi yürüşdə “Red Bull Racing Honda” komandasının pilotu Sergio Perez, ikinci yerdə eyni komandanın pilotu Maks Verstappen, üçüncü yerdə isə “Scuderia Ferrari Mission Winnow” komandasının pilotu Carlos Sainz qərarlaşıb.

Bununla da Formula1 yarışının 1-ci günün proqramı başa çatıb.

Qeyd edək ki, bu gün başlayan Formula 1 Azərbaycan Qran Prisi iyunun 6-dək davam edəcək.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə