“Mançester Siti” doğma meydanda rəqibi üzərində inamlı qələbəyə sevinib

Futbol üzrə İngiltərə Premyer Liqasında 29-cu tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Lider “Mançester Siti” doğma meydanda “Vulverhempton”u qəbul edib. “Şəhərlilər” bu görüşdə inamlı qələbəyə seviniblər.

Bu turun “Fulhem” – “Lids”, “Brayton” – “Nyukasl”, “Vest Hem” – “Arsenal” matçları martın 19-20-21-də keçiriləcək. “Tottenhem” – “Sauthempton” matçının isə vaxtı məlum deyil.

İngiltərə Premyer Liqası

29-cu tur

2 mart

Mançester Siti – Vulverhempton 4:1

Qol: Dendonker, 15-öz qapısına. Q.Jezus, 80; 90+5. Mahrez, 90+1 – Koadi, 61.

3 mart

22:00. Bernli – Lester

22:00. Şeffild Yunayted – Aston Villa

00:15. Kristal Pelas – Mançester Yunayted

4 mart

22:00. Vest Bromviç – Everton

00:15. Liverpul – Çelsi

Bütün xəbərlər Facebook səhifəmizdə