“Mançester Yunayted” klubu “Ayntraxt”ın hücumçusu Andre Silvanı yay transfer pəncərəsində heyətinə qatmaq istəyir. SİA “The Sun" qəzetinə istinadla xəbər verir ki, klub rəhbərliyi futbolçunu yayda komandadan ayırılacaq Edison Kavani ilə əvəz etmək niyyətindədir. İyirmi beş yaşlı portuqaliyalı futbolçunun transferi kluba 60 milyon avroya başa gələcək.

Bu mövsüm A.Silva Bundesliqada 20 matçda 18 qol vurub, 2 məhsuldar ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə