"Atletiko" "Çelsi" sindromunu qıra bilmir

İspaniyanın "Atletiko" (Madrid) komandası baş məşqçi Dieqo Simeonenin rəhbərliyi altında avrokuboklarda İngiltərə təmsilçilərinə qarşı 11 ev oyunu keçirib.

SİA-nın məlumatına görə, Madrid klubu bunların yalnız ikisində meydanı məğlub tərk etməli olub.

Simeonenin komandası hər iki görüşdə "Çelsi"yə uduzub. "Atletiko" son olaraq Çempionlar Liqasında 1/8 finalın ilk duelindən məğlub ayrılıb - 0:1.

2017/2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində "zadəganlar" İspaniyada 2:1 hesablı qələbəyə sevinib. "Atletiko" həmin dönəmdə qrup mərhələsində "Qarabağ"la matçlarda da xal itirib - 1:1, 0:0.

Qeyd edək ki, "Çelsi" və "Atletiko" arasıdakı cavab oyunu martın 17-də Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə