“Qarabağ”ın Avropa Liqasındakı rəqibi La Liqanın liderliyinə yüksəlib

İspaniya La Liqasında VII turun daha bir neçə oyunu keçirilib.

SİA-nın məlumatına görə, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Vilyarreal” növbəti matçına çıxıb.

Unay Emerinin yetirmələri Azərbaycan çempionu ilə qarşılaşma öncəsi “Kadis”in qonağı olub. Qonaqlar üstün çıxış etməsinə baxmayaraq, qolsuz bərabərliklə kifayətləniblər.

Yüksək yerlərə iddia edən “Xetafe” ilə “Qranada”nın görüşündə 1 qol həlledici olub. Fasilə ərəfəsində penalti ilə hesabı açan “Qranada” aktivinə 3 xal yazdırıb.

İlk “üçlük”də möhkəmlənmək istəyən “Real Sosyedad” isə “Ueska”nı böyük hesabla üstələyərək liderliyə yüksəlib.

Tura oktyabrın 26-da “Levante” – “Selta” (00:00) oyunu ilə yekun vurulacaq.

İspaniya La Liqası
VII tur
25 oktyabr
“Valyadolid” – “Alaves” – 0:2
Pina, 55, Sainz, 85
“Kadis” – “Vilyarreal” – 0:0
“Xetafe” – “Qranada” – 0:1
Montoro, 45+2 (pen.)
“Real Sosyedad” – “Ueska” – 4:1
Oyarzabal, 35 (pen.), 54, Portu, 69, İsak, 75 – Mir, 46

1

Real Sosyedad

7

4

2

1

14-3

14

2

Real

6

4

1

1

9-4

13

3

Qranada

6

4

1

1

8-8

13

4

Vilyarreal

7

3

3

1

8-8

12

5

Atletiko

5

3

2

0

10-1

11

6

Kadis

7

3

2

2

6-6

11

7

Osasuna

6

3

1

2

6-4

10

8

Elçe

5

3

1

1

5-4

10

9

Xetafe

6

3

1

2

5-4

10

10

Betis

7

3

0

4

7-11

9

11

Eybar

7

2

2

3

5-6

8

12

Barselona

5

2

1

2

9-5

7

13

Sevilya

5

2

1

2

5-4

7

14

Valensiya

7

2

1

4

9-11

7

15

Alaves

7

2

1

4

5-8

7

16

Atletik

6

2

0

4

4-6

6

17

Ueska

7

0

5

2

5-10

5

18

Selta

6

1

2

3

3-9

5

19

Levante

5

1

0

4

5-10

3

20

Valyadolid

7

0

3

4

5-11

3

Bütün xəbərlər Facebook səhifəmizdə