Levandovski "Bavariya" futbol klubunun ən yaxşı futbolçusu seçilib

Almaniyanın "Bavariya" futbol klubunda 2019-2020-ci il mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.

SİA xəbər verir ki, komandanın polşalı hücumçusu Robert Levandovski bu ada layiq görülüb. Hücumçu ötən mövsüm ümumilikdə 47 oyunda 55 qol vurub, 10 məhsuldar ötürmə verib.

Qeyd edək ki, R.Levandovski 2014-cü ildən "Bavariya"da çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə