Qurban Məhərrəmov yığmanın heyətinə qoşulub

Təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının heyətinə daha bir futbolçu dəvət edilib. SİA-nın məlumatına görə, “Qarabağ” klubunun qapçısı Qurban Məhərrəmov yığmanın hazırlığına qoşulub.

Qeyd edək ki, "Qarabağ"ın qolkiperi daha öncə siqaret çəkdikləri üçün yığmanın heyətindən kənarlaşdırılan Elnur Hüseynov ("Neftçi") və Vüsal Şabanovun ("Zaqatala") əvəzinə komandaya cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə