Cüdoçumuz “Masters” turnirində bürünc medal qazanıb

Çinin Tsindao şəhərində keçirilən cüdo üzrə “Masters” turnirində Azərbaycan idmançısı Rüstəm Orucov bürünc medal qazanıb. SİA-nın məlumatına görə, 73 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz Xikmatilox Turayevə (Özbəkistan) qalib gəlsə də, dörddəbir finalda israilli Butbur Tohara məğlub olub. Təsəlliverici görüşə qatılan R.Orucov əvvəlcə kanadalı Arthur Margelidonu mübarizədən kənarlaşdırıb. İdmançımız bürünc medal uğrunda görüşdə Kosovo təmsilçisi Akil Cakovla qarşlaşmalı olsa da, rəqibi zədə üzündən yarışa qatılmadığı üçün Rüstəm Orucov qalib elan edilib.

Qeyd edək ki, mötəbər yarışda 67 ölkədən 445 cüdoçu mübarizə aparır. Azərbaycanı beynəlxalq turnirdə 11 cüdoqi ustası (8 oğlan, 3 qız) təmsil edir.

Yarış dekabrın 14-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...