"Neftçi" yeni sponsoru ilə müqavilə imzalayıb

"Neftçi" futbol klubun "Buta Global Enerji-Tekstil" ilə əməkdaşlıq müqaviləsi imzalayıb. SİA-nın məlumatına görə, sözləşmə 2 il müddətinə nəzərdə tutulub.

Tədbirdə "Neftçi"nin prezidenti Kamran Quliyev, Media və marketinq departamentinin rəhbəri Rüstəm Allahverdiyev, paytaxt təmsilçisinin bəzi futbolçuları, "Buta Global Enerji-Tekstil"in baş direktoru Muhterem Ermez, qurumun PR meneceri Səməd Nəsibov iştirak edib.

Razılaşmaya əsasən şirkət klubun əsas komandasının geyim tərəfdaşı olacaq. İmza mərasimində K.Quliyev M.Ermezə "Neftçi"nin formasını hədiyyə edib.

Qeyd edək ki, "Buta Qlobal Enerji-Tekstil" şirkəti 2012-ci ildə Türkiyənin İstanbul şəhərində təsis edilib. Tekstil və enerji sahəsində məhsul istehsalı ilə məşğul olan şirkət yarandığı gündən Azərbaycanda da fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə