Niko Rosberq: “Fettelin çempion olmaq ehtimalı yoxdur” AÇIQLAMA

“Mercedes” komandasının keçmiş Formula-1 pilotu Niko Rosberq cari mövsümdə “Ferrari”nin sürücüsü Sebastyan Fettelin yenidən yarışın liderliyi uğrunda mübarizə apara biləcəyinə inanmır. SİA-nın məlumatına görə, təcrübəli alman pilot “Ferrari”nin sürücüsünün yenidən qalib gəlmək arzusunun çempionatı daha da maraqlı edəcəyini, ancaq onun çempion olmaq ehtimalını görmədiyini vurğulayıb: “Buna alışmaq asan deyil. Mövsüm boyunca Həmilton və Fettel lider olublar. Eyni şərtlərdə “Ferrari” “Mercedes”lə başabaş yarışa bilib. Ancaq sonra Sinqapur, Malayziya və Yaponiya Qran Prilərində “Ferrari”nin bütün şansları yox oldu. Sebastyan komandasının yanında dayanır. Belə də olmalıdır. Pilot komanda ilə bir ailədir, birlikdə qalib gəlir, birlikdə məğlub olurlar”.

O qeyd edib ki, bu vəziyyət “Ferrari”nin heyəti üçün asan deyil: “Onlar çox çalışaraq “Mercedes”lə yarışa biləcək maşın düzəldiblər. Ancaq bu vəziyyətdə ayağa qalxmaq çox çətindir”.

Qeyd edək ki, Sebastyan Fettel son 3 yarışda 12 xal qazana bilib. “Mercedes”in pilotu Lyuis Həmilton isə bu yarışlarda 68 xal əldə edib. Son 3 yarışda “Ferrari” 22, “Mercedes” 105 xal qazanıb. Markalar arasındakı fərq isə 145-ə çatıb.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...