Murad Məmmədov yeni təyinat alıb

Beynəlxalq dərəcəli hakim-inspektor Murad Məmmədov yeni təyinat alıb. SİA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, futzal üzrə UEFA kubokunun seçmə mərhələsinin əsas raundunun sentyabrın 27-dən 30-dək Çexiyanın Xrudim şəhərində təşkil olunacaq 4-cü qrupunun oyunlarında hakim-inspektorlardan biri də Murad Məmmədov olacaq.
Bu qrupda "Xrudim" (Çexiya), "Dyor" (Macarıstan), "İberiya Star" (Gürcüstan) və "Mapid" (Belarus) komandaları mübarizə aparacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə