Pərviz Bağırov: "İlk Avropa Oyunları idmançılarımıza böyük təcrübə qazandırdı" AÇIQLAMA

"Cənab Prezident İlham Əliyev məni "Şöhrət" ordeni ilə təltif etdi. Məni belə böyük mükafata layiq gördüyü üçün dövlət başçısına minnətdarlığımı bildirirəm. Bu, mənim üçün çox böyük şərəfdir". Bu sözləri SİA-ya açıqlamasında ilk Avropa Oyunlarının boks yarışlarının qalibi Pərviz Bağırov (69 kq) deyib.

O, "Bakı-2015"də Azərbaycan idmançılarının yüksək nəticələr qazanması barədə fikirlərini bildirib: "Bakı-2015" ilk Avropa Oyunları çox yüksək səviyyədə keçirildi. Oyunlar Azərbaycan idmançıları üçün uğurlu oldu. Avropa ölkələri arasında komanda hesabında 2-ci yerdə qərarlaşdıq. Boksçularımız isə komandamıza 6 qızıl medal qazandılar. Bu nəticə bizim üçün çox sevindiricidir".

Boksçu ilk Avropa Oyunlarının idmançılarımıza böyük təcrübə qazandırdığını qeyd edib: "İlk Avropa Oyunlarına Avropa ölkələrinin ən güclüləri gəlmişdi. Onlarla Rio Olimpiadasında da qarşılaşa bilərik. İlk Avropa Oyunları idmançılarımıza çox böyük təcrübə qazandırdı. Ümid edirəm qarşıdan gələn olimpiya oyunları da bizim üçün uğurlu olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə