"Euro-2012"-nin başlanmasına bir neçə saat qaldı

Məlum olduğu kimi bu gün Polşa və Ukraynada "Evro 2012"-yə start verilir. Bu gün Polşa Yunanıstanla, Rusiya isə Çexiya ilə qarşılaşacaq. SİA-nın Ukrayna bürosundan aldığımız məlumata görə, Kiyevdə V.Lobonovski adına stadionda Ukrayna millisi fanatları qarşısında açıq məşq edib.

Məlum olduğu kimi bu günlərdə Ukrayna millisi Türkiyə yığmasına məğlub olub. Odur ki, fanatlar millidən daha yaxşı oyun tələbi ilə Dinamo Kiyevin stadionuna toplaşmışdılar. Ukrayna millisinin baş məşqçisi Oleq Blaxin mətbuat konfransı keçirərək "Euro-2012"-də oynayacaq Ukrayna millisi barədə qısa və konkret danışıb: "Siz stadionda ayrı komanda və oyunu izləyəcəksiniz. Bu arada millinin favoriti A.Şevçenko da fanatlarını arxayın edərək millinin tam başqa stildə oynayacağını deyib. Mən çox sevinirəm ki, minlərlə tamaşaçı bizə dəstək olmaq üçün açıq məşqimizə gəlib. Əlbəttə, Avstriya və Türkiyə məğlubiyyətindən sonra bizim üçün çətin olacaq, amma sizləri əmin edirəm ki, futbolçularımızın hamızı fiziki cəhətdən yüksək səviyyədədir. Ümid edirəm ki, İsveçlə keçirəcəyimiz birinci oyunda ilk dəqiqələrdən oynayacağam. Düzdür oyunda neçə dəqiqə meydanda olmağım əsas deyil, əsas odur ki, komandaya köməyim dəysin. Sonda sizləri əmin edirəm İsveçlə oyunda siz tamamilə başqa oyunun şahidi olacaqsınız".


Əlmaniz Ələkbərli, Ukrayna bürosu

Bütün xəbərlər Facebook səhifəmizdə