İspaniyanın "Barselona" klubunun və Argentina yığmasının futbolçusu Lionel Messi yeni rekorda imza atıb. SİASPORT.az idman portalının İspaniya klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, La Liqanın 36-cı turunda "Malaqa" ilə qarşılaşmada "het-trik" edən argentinalı hücumçu mövsüm ərzində vurduğu qolların sayını 68-ə çatdırıb.


Bunlardan 46-sı La Liqa, 2-si Kral Kuboku, 3-ü İspaniya Superkuboku, 1-i UEFA Superkuboku, 14-ü Çempionlar Liqası, 2-si klublararası dünya çempionatında qeydə alınıb. Əvvəlki nailiyyət Almaniya "Bavariya"sının forvardı Herd Müllerə məxsus idi. Müller 1972-1973-cü il mövsümündə müxtəlif turnirlərdə 67 qol vurmuşdu. Messini də ilk dəfə məhz onun təbrik edəcəyi gözlənilir.


Qeyd edək ki, "Barselona" "Malaqa"nı 4:1 hesabı ilə yensə də, çempion ola bilməyib. Əvəzində "Real Madrid" səfərdə "Atletik"i 3:0 hesabı ilə məğlub edərək, "Barsa"nın 3 illik hegemonluğuna son qoyub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...