“Everton” “Nyukasl”ı darmadağın etdi, “Tottenhem” “Vest Hem”ə məğlub oldu

İngiltərə Premyer Liqasında 15-ci turun son oyunu başa çatıb. SİA xəbər verir ki, London derbisində “Tottenhem”lə “Vest Hem” üz-üzə gəlib.

Birincilərin arenasında keçirilən qarşılaşma ev sahiblərinin məğlubiyyətilə yekunlaşıb - 1:2.

Beləliklə də, 15 turdan sonra “Tottenhem” 27 xal toplayaraq turnir cədvəlində 5-ci pillədə qərar tutub. “Vest Hem” isə 24 xalla 9-cu yerdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə