Azərbaycanın voleybol hakimi Türkiyə klubunun oyununu idarə edəcək

Azərbaycanın voleybol hakimi Türkiyə klubunun oyununu idarə edəcək

Azərbaycan Voleybol Federasiyasının (AVF) beynəlxalq dərəcəli hakimi Eldar Zülfüqarov kişi voleybolçular arasında Çempionlar Liqasına təyinat alıb. Federasiyadan SİA-ya verilən məlumata görə, o, A qrupunda yer alan “Ziraat Bank” (Türkiyə) və “Grupa Azoti” (Polşa) komandalarının matçında birinci hakim olacaq.

Qarşılaşma bu gün Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə