Payız mövsümündə insanlarda baş verən dəyişikliklər nədən qaynaqlanır? - ARAŞDIRMA
Payız dövrünün əvvəlində təbiətdə bir çox dəyişikliklər baş verir ki, təbiətin tərkib hissəsi olduğu üçün bu və ya digər şəkildə insan orqanizminə təsir göstərir. Hava kəskin şəkildə pisləşir və gündüz saatlarının uzunluğu nəzərə çarpacaq dərəcədə azalır, bu da immunitet sisteminə, həm də psixoloji sağlamlığa mənfi təsir göstərir. Eyni zamanda gündəlik pəhrizdə köklü dəyişiklik baş verir, çünki yayda hər kəsin alışdığı yüngül və aşağı kalorili qidalar artıq bədəni normal mövcudluğu üçün lazım olan enerji miqdarı ilə təmin edə bilmir.
Təcrübələr göstərir ki, hər bir insan özünü psixoloji cəhətdən payız dövrünə hazırlamaq üçün kifayət qədər problem yaşayır. Payız fəslində dəyişikliklər axşam saatlarında daimi zəiflik və baş ağrılarının, bəzi hallarda isə titrəmə və hətta burun axıntısı halları ilə özünü biruzə verir.
Nəmli hava kütləsi müxtəlif virusların və digər patogenlərin aktivləşdirilməsinə şərait yaradır. İnsanda immunitet sistemi ilə bağlı problemlər varsa, müxtəlif xəstəliklərin inkişaf şansı əhəmiyyətli dərəcədə artır.
Payızın gəlişi ilə immunitet sistemin zəif olması necə baş verir?
Demək olar ki, bütün orqanlar, eləcə də bədən üzvləri payızın gəlişinə həssasdır, lakin payız dövründə orqanizmi sağlam saxlamaq üçün immunitet sistemində baş verən dəyişikliklərlə bağlı tədbir görmək vacibdir. Tədqiqatlar göstərir ki, əlverişsiz payız hava şəraiti limfoid toxumasında tez-tez dəyişikliklərin baş verməsinə səbəb olur. Qan dövranı sistemi dəyişir, immunoqlobulinlərin tərkibi kəskin şəkildə aşağı düşür və timus vəzinin minimum azalması müşahidə olunur.
Bütün bunların nəticəsində orqanizm payız mövsümü üçün xarakterik olan hər cür virus hücumlarından daha az qorunur. Hava çox vaxt rütubətli və çox soyuq olduqda, mütəxəssislər melankoliya hallarının kəskin artması hallarının baş verdiyini qeyd edir.
Payız mövsümündə insanlarda bir çox psixoloji hallar da baş verir. SİA mövzu ilə bağlı araşdırma apararaq həkim, psixoloq və mütəxəssislərin fikirlərini öyrənib.
Psixoloq İlahə Dəmirbəy: “İnsan bir fəsildən digər fəsilə keçdikdə adaptasiya dövrü keçir. Ən çox adaptasiya dövrü bir çox insanları narahat saxlayan mövsümi dəyişikliyi isə payızda olur, bu da artıq müxtəlif problemlərə gətirib çıxardır.
İnsanların iş rejiminin başlanması, yay tətilinin bitməsi, məsuliyyətlərini artması, yuxu rejiminin dəyişməsi kimi problemlər insanlara şüur altı təsir edir və düşündürür. Fərdi və ya ümumi yanaşsaq da kökündə bir çox problemlər dayanır. İnsanların özündən asılı olmayaraq yaranan proseslər baş verir. Məsələn günəş enerjisi insanın xoşbəxt olmağına ən böyük yararlı olan enerjilərdın biridir ki, xoşbəxtlik hormonu olan serotanin məhs günəş enerjisi hesabına yaranır. Payız mövsümi gəldikdə isə günün qızmar şüaları üstümüzə daha az düşdüyü üçün həmin hormon az ifraz olunur. İstər istəməz şüuraltı təsir edərək insanda çöküntü, hüzn yaranır. Bu da öz növbəsində iştahsızlığa, yuxusuzluğa, tənbəliyyə gətirib çıxarır. Hətta bəzi insanlarda yeni bir lahiyəyə, işə başlama həvəsinin olmamasına da gətirib çıxardır. İnsanlar belə halları düşünərək tənzimləsə özlərini daha yaxşı hiss edəcəklər. Biz qəbul etməliyik ki, artıq yay bitdi payız fəsli başlayır. Payız fəsli bizim üçün yeni məsuliyyətlər yox, sadəcə olaraq yarım buraxdığımız işlərin davamı kimi dərk etməliyik. Əgər 9-10 ay bu işləri özüm görüb, həyat tərzimi özüm yaşamışamsa deməli bundan sonra da edə biləcəm deyib hərəkət etməlidir. Təbiətlə əlaqəmizi kəsməməliyik. Yeni mövsüm başlayanda bir- iki həftə yürüş edib, səhər duranda idmanla məşğul olmalıyıq. İş, yazı otağında təbiəti xatırladacaq, dibçək, gül, və ya kiçik bir akvarium və s qoya bilərlər ki bu da insana müsbət enerji bəxş edir. Belə anlarda kofe qabulunu azaldılmalıdırlar. Əvəzinə su daha çox qəbul etməliyik. Qidalarımıza olduqca çox fikir verməli, daha çox tərəvəzlərə və meyvələrə yer verməlidir”.
Nutrisioloq, tetaxiler Elgül Əmənova: “Payız bir çox həssas adamların yaddaşında depressiya mövsümi kimi qalır. Depressiya sadə dillə desək, ruh düşkünlüyü dövrün ayrılmaz bir hissəsinə çevrilən aktual problemlər sırasında yer alır. Yaranma səbəblərini nəzərə alsaq, bu bir başa insanın özünə və ətrafında baş verən hadisələrə münasibətini əks etdirir.
Belə adamlar "Həyatımda heç nə marağını cəlb etmir və məna kəsb etmir, yaşamaqdansa, ölüm yaxşıdır" deyirlər. Ətrafında olan hər kəsdən və hər şeydən küsür, inciyir, dərində dəyərsizlik hissindən doğan kədər yaşayır. Həyatının hər bir sayəsində qarşılaşdığı uğursuzluqlardan məyus olub həyatlardan, hətta özündən küsür. Əhval-ruhiyyəsi aşağı, əmək fəaliyyəti sıfıra enmiş, yuxusuzluq, yaxud da yuxululuğa meyillilik, yataqdan dura bilməmək, durmaq istəməmək, iştahsızlıq, yaxud həddən artıq qida qəbulu ilə müşayiət olunan iştaha halı, hər sözə qıcıqlananıb fikir verən, yaxud da susqun, özünə bağlanmış, cəmiyyətdən təcrid olunmuş vəziyyətdə yaşam tərzi ilə seçilən əlamətlər müşahidə olunur”.
Payız fəslinin gəlişi insanlarda necə əks olunur?
Təbiətin bütün ünsürlərini özündə əks etdirən varlıq olaraq biz insanlar da bu qanunauyğunluqları yaşamalı oluruq. Söhbət təbii qanunauyğunluqlardan gedir. Bu vaxt əksəriyyətdə müşahidə olunan depressiya halı daha dərindən müşahidə edirik. Təəssüflər olsun ki, müasir zamanda bu qanunauyğunluqlar pozulduğu üçün insan payız mövsümündə də dayanmadan fəaliyyətdə olmalı olur, beləcə həm maddi, fiziki, həm də mənəvi, yəni ruhi yorğunluq və enerji defisiti yaşayır... Beləcə xroniki depressiya halı yaranır.
Daha çox hansı adamlarda kəskin psixoloji dəyişikliklərə rast gəlinir?
Psixoloji dəyişikliklər o qədər fərdi dəyərlənmə halıdır ki, ağlı başında olduğunu düşündüyümüz, amma, əslində manipulyator olaraq yaşayan insanlar az deyil. Bir deyim var, psixoloqun qəbuluna xəstələr gəlmir, xəstələrin xəstə etdikləri gəlir... Doğrudur, bu o qədər həssas yanaşma tələb edir ki, xəstə olaraq qəbula gələn insanların öz həyatlarında etməli olduqları dəyişiklik və yenilikləri müşahidə etsək, bu onların özlərinə dəyər, hörmət hissi və ən əsası da bu hissi yaşaya biləcəklərinə inam hissinə açılmaqla gerçəkləşə biləcəyinə şahid olurlar. Hər kəs öz həyat yolunda inkişafa yönəlik ruh halı yaşayır, müxtəlif travma, şok, sarsıntı yaşasalar belə, bu labüd hal olaraq dəyərləndirilir. Mənəvi və şəxsi inkişaf öz üzərində davamlı zəhmət dolu iş tələb edir.
Mövsümi depresiyaya düşən adamlara davranış qaydaları.
Bu ilk öncə anlayış və səbr tələb edir. Belə ki, o insanı bir növ ayağa qaldırmaq istədiyinizdə güclü enerji sərf etmiş olacaqsınız və sərf olunan enerji o insanın dirçəltmək istəyi olmadan heç bir əhəmiyyət kəsb etməyəcək. Bu səbəbdən belə insanlara mütəxəssis dəstəyi mütləq şəkildə lazımdır. İnsan ilk öncə düşdüyü bu vəziyyətin kökünü görməyə hazır olmalıdır. O vəziyyətdən ayağa qalxıb dirçəlmək istəyi onun öz daxili istəyinə bağlı olduğunda ona göstərilən anlayış və dəstək yolunda sərf olunan enerji öz bəhrəsini görmüş olacaqdır. Biz - insanın enerjisi ilə işləyən şəfaçılar əsasən insanın ruh anlayışı ilə bağlı fəaliyyət göstərdiyimiz üçün belə insanların bu vəziyyətə düşmə səbəblərini aydınlaşdırmaqla bərabər onların əslində nəyi öyrənilməli olduqlarına ayna rolunu oynayırıq.
İnsan bizim simamızda özü ilə, öz daxili dünyası ilə üz-üzə gəlib onunla tanış olur və beləcə özünə yol alan və özü ilə hüzurlu, rahat, enerji dolu həyat yoluna qədəm qoymuş olur. Özünə nəyinki güvəni, eyni zamanda dəyər və hörməti hiss edərək yaşayır. Əmək fəaliyyətində, eyni zamanda fiziki və mənəvi, ruhi sağlamlığı bərpa olmuş olur.
İnsanın özünü özünə tanış edəcəyi ruh hallarından ən önəmlisi məhz depressiya halı olmuş olur, bəli acı reallıq olsa belə, bunu necə dəyərləndirəcəyimiz bizim öz əlimizdədir.
Payızın gəlişi həm də insanlarda bir çox allergik və dermatoloji xəstəliklərin də yaranmasına səbəb olur.
Dermatoloq Mədinə İsmayılova: “Havanın dəyişməsi allergik xəstəliklərlə əlaqədar dəri xətlikləri də yaradır. İnsanlar soyuq hava ilə əlaqə olanda onların soyuğa qarşı qeyri adekvat reaksiyaları olur. Dərisi qızarmağa, şişməyə, qaşınmağa başlayır və bu zaman özlərini çox pis hiss edirlər. Bəzi adamlarda soyuğa qarşı eqzema əlamətləri də olur. Dərinin quruluğu baş verir. Küləkli havada dəri, dodaqlar xüsusən də açıq nahiyələr quruyur. Bu zaman dərini nəmləmləndirməyi tövsiyyə edirik. Mövsümi xəstəliklərdən bir neçə xəstəlik vardır. "Çəhrayı Dəmirov" xəstəliyini buna misal gətirə bilərik .Payız gələn zaman bəzi adamlarda imumtetin aşağı düşməsi nəticəsində sadaladığımız kimi xəstəliklərə daha tez rast gəlinir . Çəhrayı dəmirov soyuqdan yox, məhs mövsümi dəyişiklikdən yaranır. Bu kimi xəstəliklərə yoluxmamaq üçün ilk öncə isti saxlamağı, gigyenik qaydalara riayət etməli və nəmləndirici tibbi vasitələrdən istifadə etməyi məsləhət görürük”.
Havar Şəfiyeva
Bütün xəbərlər Facebook səhifəmizdə