Mənəviyyat, yoxsa pul? - ARAŞDIRMA

Əxlaq ictimai həyatın vazkeçilməz şərtlərindən biri kimi qəbul edilir. Çünki əxlaqsız ictimai həyat mümkün deyil.

Gözəl əxlaq insanlara hörmət, xidmət və mərhəmət göstərməkdir. Gözəl əxlaq insanlarla ədəb, həya və təvazökarlıqla rəftar etmək, özünü idarə etmək və söyüş, yalan, istehza, təkəbbür, sataşma, qeybət, ikiüzlülük, xəsislik, paxıllıq və s. kimi pis hisslərdən və davranışlardan çəkindirir.

Pul isə gündəlik həyatda mübadilə vasitəsi kimi istifadə olunur.

İnsanın daxili dünyasına aid olan hər şey mənəviyyat kimi səciyyələnir. Güclü mənəvi həyatın ən mühüm açarı mənəvi zənginlikdir. Güclü ruhani bağları olanlar özlərini daha təhlükəsiz hiss edən dinc insanlardır. Onlar narahatlıq, qorxu və bədbinlikdən uzaq bir həyat sürürlər. Onlar dostluq və ailə əlaqələrini yüksək qiymətləndirir və sosial dairələri ilə müsbət münasibətlər qururlar.

Türkiyənin İstanbul, Bursa, Yalova və Şərqi Qara dəniz bölgəsində çoxlu sayda ərəb turist var. Türkiyə ərəb turistlər üçün xarici ölkə olmasa da, son illərdəki sıxlıq diqqət çəkib.

Türkiyədə ərəblər daha çox Batman, Bitlis, Mardin, Şanlıurfa, Qaziantep, Hatay, Adana, Mersin, Muş, Siirt və Şırnak kimi vilayətlərin mərkəz və kəndlərində yaşayırlar.

Bəs, mənəviyyat, yoxsa pul? Bəzi ölkələr var ki, fahişəxanalar vasitəsilə turistləri cəlb edir. Onların üzərindən turizmi inkişaf etdirirlər. Bu ölkələrdən hansıları sadalamaq olar? Hansı ölkələr bu sahədə “inkişaf” edib? SİA mövzu ilə bağlı araşdırma edərək ekspertlərin fikirlərini öyrənib.

Turizm üzrə ekspert Cabir Dövlətzadə: “Ümumiyyətlə, liberal etnik iqtisadiyyatın davam etdiyi ölkə tək bir ideologiya ilə idarə edilmədiyi üçün müxtəlif fikirlər ortaya çıxır və mənəviyyatın qorunub saxlanılması çox çətin olur. Çünki yad ünsürlərin xaricdən daxil olması həddən artıq çoxdur. SSR dövründə tək ideologiya olduğu üçün insanlar vahid şəkildə idarə olunmağa çalışırdı və yan ünsürlər yox idi. İndi o qədər yararlı və yararsız sosial şəbəkələr mövcuddur ki, istər-istəməz yeni nəsildə bu və ya digər şəkildə fərqlilik ortaya çıxır. Bu da insan mənəviyyatının pozulmasına gətirib çıxarır.

Turizmə gəldikdə isə ölkədə turizm bumu 2015 ci ildən etibarən başlayıb və davam etməkdədir. Turizm bumunun əsas hissəsini ərəb dünyası təşkil edir. Ərəb dünyası ilə də sadəcə biz işləmirik. İşləyən ölkələrdən biri də Türkiyədir və orada da eyni problem yaşanmaqdadır. Azərbaycan isə turizm bumundan müəyyən dərəcədə yararlanmaqdadır. Xüsusən pandemiya dönəmindən sonra ərəb turistlərin ölkəyə yeni axını başlayır. Məktəblərin bağlanması ilə əlaqədar ölkəmizə ailəli turistlərin gəlməsi də təqdirəlayiqdir. Çünki gələn ailəli turistlər daha çox ev, otel və regionlarda qalırlar. Bu da ölkənin iqtisadiyyatına xüsusi şəkildə kömək edir. Amma turistlərin içərisində solo trevllar da var ki, onlar tək və ya başqa sözlə desək qrup şəklində gəlirlər. Turizm fəaliyyətində onların anlayışı fərqlidir.

Azərbaycanda bir sıra klublar var ki, onların fəaliyyəti qanunla tənzimlənir. Lakin güc sturukturları onların daxili işlərinə müdaxilə edə bilmirlər. Çünki bu qanunla icazə ilə olmalıdır. 18 yaşına çatmış bir çox şəxs burada turistlərə fəaliyyət göstərir. Bu bizim mənəviyyatımız üçün düzgün deyil. Mənəviyyat ailədən, məktəbdən və cəmiyyətin sturukturlarından başlayır. Əgər ölkədə düzgün bir şəkildə bu prosesə təpki versələr hər şey öz qaydasına düşər.

Belə yerlər normal tuzim fəaliyyəti deyil. Pul qazanmaq üçün belə obyekt açan insanların sayı çoxdur. Sadəcə həmin fəlaiyyətlərə birbaşa nəzarət etmək, onları tənzimləmək lazımdır.

Otellərdə qalan turistlər haqqında bilgilər müəyyən bir yerə yığılmalıdır. Bilinməlidir ki, oteldə hansı tip qadın, kişi və müştəri qalıb. Bunun düzgün statistikası olmalıdır.

3S deyilən bir truzim sistemi var. Azərbaycan 3S-yə uyğundur.

Ölkəmizə gələn turistlər yüksək səviyyədə qarşılanıb. Sadəcə niyyət fərqlidir. Yəni, ölkəyə gələn hər turistin fərqli niyyəti olur ki, biz bunu bilə bilmərik”.

JEM sədri Ceyhun Musaoğlu: “Mədəniyyəti heç nəyə uduzdurmaq olmaz. Yaponiya dünyanın ən inkişaf etmiş ölkələrindəndir, ancaq bu ölkədə yeganə senzura mədəniyyətdədir. Azərbaycanlı özünün mədəniyyəti, milli-mənəvi dəyərləri, genetik kodu ilə başqa xalqlardan həmişə fərqlənib. Mədəniyyəti olmayan toplumu pul xilas edə bilməz, amma kasıblığı mədəniyyətlə yoxa çıxarmaq mümkündür.

Turistləri qeyri-mədəni üsullarla ölkələrinə dəvət edənlərin cəmiyyəti müxtəlif xalqların təmsilçilərindən formalaşıb. Onlar üçün yaşadıqları ölkənin cəmiyyətinin vəziyyəti maraqlı olmaya bilər. Azərbaycanda isə hər kəs azərbaycanlı çətiri altında birləşib. Biz dünyanın diqqətini elə mədəniyyətimizlə cəlb edə bilərik”.

Vəkil Turan Abdullazadə: “Hər bir ölkənin, hər millətin, hər bir coğrafiyanın əxlaq və mənəviyyatla bağlı fərqli dəyərləri vardır. Dünyanın bir çox dövlətlərində fahişəlik qeyri-qanuni fəaliyyət olsa da Banqladeş, İtaliya, Almaniya, Yeni Zellandiya, Yunanıstan və bir sıra ölkələrdə bu fəaliyyətlə məşğul olmaq qanunidir. Lakin fahişəliyin qanuni olduğu dövlətlərdə də bu fəaliyyət sahəsində ümumi bir nəzarət mexanizmi və tənzimlənmə qaydaları mövcuddur.

İranda eyni əməli ikinci dəfə edənlər edam olunur.

Xüsusilə də İslam dininin daha çox yayıldığı ölkələrdə, eləcə də Azərbaycanda qanunla qadağan edilib. Lakin qanunla qadağan olunmasına baxmayaraq belə halların ölkəmizdə getdikcə geniş yayıldığının şahidi oluruq.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə— iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Şəxsləri fahişəliyə məcbur etmə cinayət məsuliyyətinə səbəb olub on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

İnzibati Xətalar Məcəlləsinə əsasən fahişəliklə məşğul olmağa görə -yüz manat məbləğində cərimə edilir.

Bundan əlavə qeyd etdiyiniz kimi bəzi dövlətlər turizmin inkişafı üçün bunu qanuniləşdirirlər. Bunun nə dərəcədə doğru olub olmaması həmin xalqın mənəvi dəyərlərindən, həmin ərazidə formalaşmış adətlərdən aslıdır. Ancaq əminliklə deyə bilərəm ki, islam dininin geniş yayıldığı coğrafiyada bu fəaliyyətin qanuniləşməsi cəmiyyətə, xalqın milli-mənəvi dəyərlərinə, əxlaqi keyfiyyətlərinə zərbə vura bilər. Çünki ailə dəyərlərinin nə bahasına olur-olsun qorunub saxlanılması bizim kimi cəmiyyətlərin özəyini təşkil edir. Bu fəaliyyət qanuniləşərsə bizi hansı risklərin gözlədiyini bilə bilmərik”.

Turizm eksperti Ceyhun Aşurov: “Biz çox zaman turizmin müsbət təsirlərindən danışmışıq. Lakin turizmin mənfi təsirləri də var. Bunu hər zaman ara-sıra mediada da deyirlər. Turizm ekspertləri də qeyd edir ki, turizmin kütləviləşdiyi ölkələrdə mütləq hansısa yan mənfi təsirləri də üzə çıxır. Buna qiymətlərin artımı və yaxud da qeyri-etik normaların pozulması, fahişəxanalar kimi bu faktorları misal göstərmək olar. Turizm siyasətinin aparılmasında dövlətlər çalışırlar ki, bu çərçivəni qorusunlar və mənfi təsirlər mümkün qədər az olsun, mənfi təsirləri mümkün qədər nəzarətdə saxlaya bilsinlər.

Əlbəttə ki, bu mənfi təsirlərin yanında həm təbiətin aşınması, zibilliyin artması, kriminallığın artması, qeyri-etik normaların aşınması və bütün bunlar mənfi təsirlərə aiddir. İstər narkotik dövriyyəsi və s. digər kriminal ünsürlərin meydana çıxması da məhz turizmin daha çox intensiv olduğu bölgələrdə asanlıqla özünə yol tapa bilir.

Burada eyni zamanda gəlir faktorlar da var. Qeyri-leqal bəzi ölkələr bunu leqallaşdırıblar. Burada ciddi şəkildə pul dövriyyəsi var və bununla əlaqədar bəzi ölkələr konkret olaraq məhz seks turizm destinasiyası kimi tanınır. Bəziləri isə özlərində sırf belə brendləşməsə də həmin məkanlarda, turizm məkanlarında seks turizm ünsürləri qeydə alınır. Turistlər həmin destinasiyanı ona görə seçirlər ki, orada öz seksual ehtiyaclarını ödəsinlər. Turizmdə təəssüflər olsun ki, sırf bu məqsədli istiqamətlər də vardır ki, bəzi turistlər məhz bu məqsədli səyahətlər həyata keçirirlər".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...