...O hesab edir ki, maddi dəstək mühüm rol oynayır, lakin bu, ailənin daha güclü və böyük olacağına zəmanət vermir. Ailənin ilk növbədə mənzilə ehtiyacı var.
SİA-nın məlumatına görə, Rusiyanın keçmiş baş naziri Sergey Stepaşinin sözlərinə görə, mənzil, maliyyə, tibb, təhlükəsizlik və ailə dəyərləri Rusiya Federasiyasında demoqrafik problemlərin həllində mühüm rol oynayır.
O, RİA Novosti ilə söhbətində əhalinin artımı ilə bağlı məsələləri ümumavropa problemi adlandırıb.
Stepaşinin fikrincə, maddi dəstək mühüm rol oynayır, lakin bu, ailənin daha güclü və böyük olacağına zəmanət vermir. Ailənin ilk növbədə mənzilə ehtiyacı var.
Bundan sonra maliyyə, tibb və təhlükəsizlik gəlir. Keçmiş hökumət başçısı vurğulayıb ki, insanlar sabit ölkədə yaşadıqlarını başa düşməlidirlər.
Bundan əlavə, ailə dəyərləri vacibdir.
Bu kontekstdə Stepaşin Rusiyanın regionlarını misal çəkib.
O qeyd edib ki, ən böyük ailələr Çeçenistan, İnquşetiya, Qaraçay-Çərkəz, Kabardin-Balkar və Tatarıstandadır.
Bu respublikalarda adət-ənənələrə riayət olunur və orada “uşaqlar heç vaxt böyüklərini tərk etməzlər”.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə