Yeni Moskvada 12 yaşlı qız boğulub...

Bazar ertəsi günortadan sonra Yeni Moskvada 12 yaşlı qız qəzanın qurbanı olub.

SİA-nın məlumatına görə, MK-nın öyrəndiyi kimi, fövqəladə hadisə Troitskdə, Desna çayında baş verib.

Təxminən saat 14:00 radələrində, qayıq dayanacağından bir qədər aralıda qız qəfildən boğulmağa başlayıb. Onu xilas edə bilməyiblər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə