Dünyada istehlak edilən qidaların 80 faizi bitkilərdən əldə olunub - AQTA-NIN APARAT RƏHBƏRİ
“Bildiyimiz kimi BMT tərəfindən bu gün yəni, 12 may dünyada bitki sağlamlığı günü kimi qeyd edilir. Burada dünya ölkələrinin diqqətini bitki sağlamlığı ilə bağlı məsələlərə çəkmək əsas məqsəddir”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında AQTA-nın aparat rəhbəri Elxan Mikayılov bildirib.
Onun sözlərinə görə, bununla ölkələrin ərzaq təhlükəsizliyinin və ərzaq qıtlığı olan ərazilərdə ərzağın təmin olunması əsas vəzifələrdəndir: “Dünyada istehlak edilən qidaların 80 faizi bitkilərdən əldə olunub. Buna görə də beynəlxalq təşkilatlar bu məsələyə daha diqqətlə yanaşır. Ölkəmizdə də bu istiqamətdə müvafiq tədbirlər görülür.
Bitki sağlamlığı dedikdə əsas məsələ burada bitkilərin ziyanvericilərdən müdafiəsidir. Eyni zamanda ətraf-mühitin qorunması ilə bağlı tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulub. Artıq dünəndən etibarən şəhərimizin müxtəlif ərazilərində monitorinqlər keçirilir və ağacəkmə aksiyaları baş tutur. Eyni zamanda əhaliyə müxtəlif maarifləndirici materiallar paylanılır. Yəni hər bir istiqamətdə əhalinin maarifləndirilməsi və müxtəlif ərazilərdə ağacəkmə tədbirləri həyata keçirilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə