Spirtli içki alarkən nələrə fikir vermək lazımdır? - ARAŞDIRMA

Alkoqol birbaşa karbon atomuna bağlı "OH" qrupu olan üzvi birləşmələrə verilən ümumi addır. Texniki cəhətdən, tərkibində karbon atomu olan istənilən üzvi birləşmə spirtə çevrilə bilər. Məsələn, ksilitol və ya eritritol kimi şəkər spirtləri müxtəlif maddələrin tərkibində olan şəkərin fermentləşdirilməsi yolu ilə əldə edilir. Bu gün spirtli içkilərin istehsalında istifadə edilən əsas üsuldur.

Fermentasiya prosesi qidanın tərkibindəki karbohidratın oksigensiz mühitdə bakteriyalar tərəfindən spirtə və ya turşuya çevrilməsidir. Bu proses üçün lazım olan bakteriyalar bəzən kənardan maya kimi əlavə edilə bilər və ya qidanın tərkibindəki bakteriyaların aktiv olmasını təmin etmək üçün işığın altında şəkər əlavə edilə bilər. Əslində, fərqli bir karbohidrat qaynağı əlavə edilə bilər ki, bu proses uzun müddət çəksin və tam olaraq baş verməsi üçün bakteriyalar tərəfindən istehlak edilsin. İstehsal edilən spirtli içkinin növündən asılı olaraq müxtəlif fermentasiya üsullarına üstünlük verilə bilər.

Bədənimiz spirti necə mənimsəyir?

Digər qidalardan fərqli olaraq, spirt həzm olunmur və birbaşa qana daxil olur. Spirtin sorulması prosesi ağızda başlayır. Ağızda həzm olunmayan spirt yemək borusundan mədəyə qədər davam edir. Qaraciyərdə istehsal olunan "alkoqol dehidrogenaz" adlı fermentlə mədədə parçalanmağa başlayan bəzi spirt növləri mədədə sorulur və qanla qarışır. Qalan spirt tamamilə udulduğu kiçik bağırsağa keçir.

İstehlak edilən spirtin qana qarışma müddəti mədənin dolu və ya boş olmasından asılıdır. Ac qarına spirtin qanla qarışması təxminən 30 dəqiqə çəkdiyi halda, bu dəfə tox mədədə 60 dəqiqədir. Qaraciyər spirtin parçalanmasından və qanla qarışmasından məsuldur.

Alkoqolun qida dəyəri varmı?

Spirtli birləşmələr qidalandırıcı olmasa da, tərkibində yüksək şəkər olduğu üçün spirtli içkilər yüksək kalorili dəyərə malikdir. Belə qeyri-qidalı kalorilərə "boş kalorilər" deyilir. Alkoqol birləşmələri "boş kalorilər" olsa da, bədənimiz tərəfindən yandırıldıqda qram başına 7 kalori enerji verir. Bu dəyər yalnız sırf istehlak edilən spirt birləşmələrinə aiddir. Yəni istehlak edəcəyiniz içkinin tərkibindən asılı olaraq, qəbul edəcəyiniz kalorilərin miqdarı xeyli çox olacaq. Bundan əlavə, qram başına 7 kalorinin dəyəri, təmiz yağdan alınan qram başına kalori dəyəri ilə demək olar ki, eynidir.

Həftədə 2,5 litr pivə içmək ildə 221 donut yeməyə bərabərdir.

175 mililitr 12% spirtli şərabda 133 kalori var idi ki, bu da 3 dilim tort və ya biskvitə bərabərdir. 5% spirt olan 500 millilitrlik pivənin 239 kalorisi var və 1 ədəd Mars şokoladına bərabərdir. 17% spirt olan 50 mililitr qaymaqlı likördə 153 kalori var. 40% spirt ilə ikiqat cin 95 kaloridir.

Bundan əlavə, A, B1, B12, C, D, E və fol turşusu (B9) kimi bir çox vitamin və minerallar, spirtin çoxunun udulduğu nazik bağırsaqda sorulur. Alkoqol nazik bağırsağın divarlarına toksik təsir göstərərək bu qida maddələrinin udulmasını azalda bilər. Buna görə də, spirtli içkilər insanlarda qida çatışmazlığına, yəni qidalanmaya səbəb ola bilər.

Dünyada sənətə çevrilən içkilərin isə öz növləri var:

Cin

Cin deyəndə ağla həmişə İngiltərə gəlir, amma əslində cin Hollandiyada yaranıb. Cin giləmeyvə, o cümlədən müxtəlif ədviyyatlar və otlar ilə qarışdırılaraq əldə edilir. Cin tez-tez onun tərkib hissəsi olan tonik də adlanır.

Brendi (Konyak)
Yalnız ağ şərabların ikiqat distillə yolu ilə əldə edilir. Texniki cəhətdən bütün konyaklar brendidir. Ancaq heç bir brendi konyak deyil. Çünki Fransada yalnız Konyaklar qəsəbəsində hazırlanan konyaklar bu adı ala bilər.

Vodka

Araq - üzüm və kartofdan hazırlanmış spirtli içkidir. Adı slavyan dilində su deməkdir. Bunun "voda" sözündən gəldiyi düşünülür. Bəzi ölkələrdə arağa odlu içki deyirlər, çünki içənə cəsarət verir.

Rom
Romun xammalı şəkər qamışıdır. Yəni, şəkər qamışının suyu ekstraksiyadan sonra distillə edilərək spirtə çevrilməklə əldə edilir. Fərqli rənglərdə romlar var.

Viski

İki dəfə distillə etməklə əldə edilir.

Tekila (Tequila)
Bir növ bəzək bitkisi olan və yetişməsi 8-12 il çəkən kaktusdan hazırlanır.

Rakı
Türk deyəndə ağlınıza rakı gəlmir? Fermentasiya edilmiş rakı üzümləri anis toxumu ilə ətirləndikdən sonra distillə edilərək hazırlanır. Onun Osmanlı torpaqlarında istehsal edildiyi, demək olar ki, bütün dünya ölkələri tərəfindən qəbul edilir. Bu gün Türkiyə rakı istehsalında birinci yerdədir.

Pivə
Və təbii ki, gənclərimizin ilk həyəcanı çimərliklərimizdə ən çox istehlak edilən içkidir. Su, maya, mayaotu və səməni ilə pivə fermentasiya yolu ilə hazırlanır.

Şərab
Romantik axşamlar üçün şərab mütləqdirsə üzüm şirəsini qıcqırdaraq və onun növünə görə müxtəlif maddələr əlavə etməklə hazırlanır. Bu gün ən keyfiyyətli şərablar Fransada istehsal olunur.

SİA məsələ ilə bağlı araşdırma apararaq qida mütəxəssisi, qida texnoloqları və psixoloqların fikirlərini öyrənib:

Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova: “Spirtli içki birmənalı olaraq insan sağlamlığına ciddi təhlükə törədir. Bu təbii ki, yaşa görə daha çox fərqlidir. Əgər 25 yaşa qədər orqanizmdirsə onun orqanizminə daha çox təhlükəlidir, nəinki ondan yuxarı yaşlarda. Həmçinin miqdarından da çox şey asılıdır. Mütləq şəkildə bunu diqqətə almaq lazımdır.

Yaxşı olar ki, ümumiyyətlə sağlamlığında problem olan insanlar spirtli içkilərdən istifadə etməsinlər. Çünki, qan-damar sistemində, ürəyində, qaraciyərində problem olan, qan təzyiqi olan insanlar üçün spirtli içki daha çox zərərlidir. Bu kimi problemi olmayan insanlar da spirtli içkilərdən mütəmadi olaraq istifadə edəcəksə, o zaman artıq mədədə, qaraciyərdə, böyrəklərdə, ürəkdə və digər orqanlara da öz mənfi təsirini göstərir. Təbii ki, spirtli içkini biz də zərərli vərdişlər siyahısına daxil edirik ki, ona görə də birmənalı olaraq mən istifadəsinə qarşıyam.

Təbii ki, artıq ikinci məsələyə gəlirik ki, keyfiyyətli, keyfiyyətsiz. Bu saydığımız əlamətlər keyfiyyətlidə də orqanizmə pis təsir edir. Ancaq keyfiyyətsiz olarsa bu artıq ölümlə nəticələnən hallarla da rastlaşa bilərik. Mütləq şəkildə spirtli içki alarkən birinci növbədə markalanmaya diqqət etmək lazımdır. Çünki, əgər markalanmada marka tez qopursa, üzərində yazılar aydın bilinmirsə və yaxud içərisində məlumatlara dair tam məlumat yoxdursa, etiket göstəricilərinə cavab vermirsə bu zaman artıq saxta istehsaldan və mənşəyi bəlli olmayan yerlərdə bu qablaşdırmanın həyata keçdiyindən danışmaq olar. Mütləq şəkildə əgər markalanmada problem varsa, bu şəkildə olan spirtli içkiləri almasınlar.

Daha sonra əsas məqam spirtli içkiyə həmin o marka çox möhkəm şəkildə yapışmalıdır, qapaq həddindən artıq kip oturmalıdır və açılanda çətinliklə açılmalıdır. Çünki, o əgər asan açılırsa və yaxud düzgün şəkildə birdəfəlik zavod istehsalı deyilsə o zaman da göstərilir ki, keyfiyyətli içki deyil.

Daha sonra mütləq şəkildə satıcıdan, və yaxud əgər bilinən markalardırsa üzərində uyğunluq və ya keyfiyyət sertifikatı olmalıdır. Bunlar yoxdursa satıcıdan tələb etmək lazımdır. Əgər qab şəffafdırsa mütləq şəkildə baxın, içində çöküntü olmamalıdır. Bəzən olur ki, dibində çöküntülər olur. Çöküntü varsa bu artıq keyfiyyətli içki hesab olunmur.

Bəzən olur ki, etiketlə qapağın üzərindəki markalar üst-üstə düşməyə bilir. Bu da odur ki, artıq yenə də saxta istehsaldan danışmaq olar. Əsas məqamlar budur. Mütləq şəkildə etiketin üzərində istehsalçı müəssisənin adı, ünvanı, əmtəə nişanı, hansı spirtli içkidirsə onun çeşidi, qabın tutumu nə qədərdir?, doldurulma tarixi nə vaxtdır?, nə vaxta qədər qüvvədədir?, enerji dəyəri nədir?, sertifikatlaşdırma haqqında məlumatlar, standartın nömrələri olmalıdır və bu şəkildə əsas o qaydalar yerindədirsə o zaman artıq keyfiyyətli içkilərdən söhbət gedə bilər.

Sonda qeyd edim ki, mümkün qədər spirtli içkilərdən uzaq dursunlar. Əgər hər hansı bayramdırsa, xoş günlərdə istifadə edirsə bu zaman da artıq miqdarı keçməmək şərtilə az miqdarda qəbul etməsi daha məqsədəuyğundur. Mütləq şəkildə toxqarına içilməlidir, acqarına qəbul olunan spirtli içki ikiqat zərərli təsir edir və orqanizmdə zəhərlənmələrə səbəb ola bilər”.

Qida üzrə baş mütəxəssis Ağa Salamov: “Şərab və araq arasında fərq var. Spirtli içkilər, yəni, araqlar damaqda qaymaq dadı kimi bir hiss buraxmalıdır. Qatılığı biraz olmalıdır. Qaymaq və ya buğdanın dadını verməlidir. Yəni, ağıza acılıq verməli, kəskin və sərt olmalı deyil. Əgər kəskin, sərt və ağızda acılıq buraxırsa o arağın, ümumiyyətlə, o spirtli içkinin kustar üsulla hazırlandığı və ya keyfiyyətinin aşağı olmasından xəbər verir. Ona görə də spirtli içkiləri çox vaxt qoyurlar dondurucuda dondurub içirlər. Düzdür, suya nisbətən onun donma dərəcəsi aşağıdır. Yəni, o donmur. Su donur amma spirt tərkibli olduğuna görə donmur.

Şəraba gəlincə, şərabı hər adam anlaya bilmir. Yəni, bəzən görürsünüz ki, restoranlarda sifariş edirlər, ofisiant gətirir süzür, o da şərabı bakalın içində fırladır və qoxlayır. Amma bunu başa düşən adam çox nadir hallarda olur. Onlar bilmirlər ki, onun dadına və qoxusuna niyə baxılır. Qoxu ilə dad eyni olmalıdır, bir-birini tamamlamalıdır və həmin o şərabın, daha doğrusu keyfiyyətli şərabın dadı ən az 60 saniyə ağızda qalmalıdır. 60 saniyədən sonra sifariş edirsə artıq bu şərabdan anlayışı olan adamdır deməkdir. Yəni, o bir damcı dadına baxıb gətirin deyirsə, artıq o başa düşmədi nədir. Çünki, onun dadına baxandan sonra 60 saniyə gözləmək lazımdır. Yəni, ən az bir dəqiqəyə yaxın gözləmək lazımdır ki, o şərabın dadı mənim ağzımdan gedib ya getməyib.

Şərablar da bildiyiniz kimi 5 ildən 50 ilə qədər uzun müddətli olur ki, torpağın altında basdırırlar. Təbii ki, şərab da qiymətinə görə seçilir. Yəni, beş manata da şərab ala bilərsiniz, 500 manata da".

Psixoloq Zeynəb Eyyubova məsələnin psixoloji yanlarına toxunub: "Ümumiyyətlə, spirtli içkinin insan həyatına ən böyük təsiri insanı normal haldan çıxarmağı olur. Əgər bir insan spirtli içki qəbul edirsə, o özündə olmur, idarəetməsini itirir, şüuraltısı nə istədiyini, nə də travma qaldığını daha da üzə çıxarır. Yəni, özündən asılı olmadan istəmədiyi hərəkəti edir. Hətta spirtli içkinin təsirindən bu hala düşdüyü zaman etdiyi hərəkətləri xatırlamır. Bəzən içkili adamlara sual veririk ki, "niyə bu sözü dedin?", "niyə bu hərəkəti etdin?". Onlar ayıldıqdan sonra bundan dolayı çox məyus olurlar.

Əgər psixoloqlardan məsləhət alsanız, spirtli içkilərinin hər növünün əleyhinəyik və insan ruhuna pis təsir etdiyinin düşüncəsindəyik".

SİA araşdırma mövzusu ilə bağlı şəhər sakinlərinin də fikirlərini öyrənib:

Şəhər sakini Ülkər Xəlilli: “Düzdür, spirtli içki qəbul etmirəm, amma haqqında məlumatım var. Araşdırmışam çünki. Spirtli içkilər çox təmiz olmalıdır məncə. Məsələn, araq və çaxır. Mağazadan alınan araqla, çaxırla evdə hazırlanan araq, çaxır arasında çox fərq olur, dadlarında da, təmizliyində də. Spirtli içkilərin pis təsir etməsi isə məncə insanın özündən asılı olan bir şeydir. Spirtli içkilər, məsələn qarışdırılıb içilməsə daha yaxşı olar, qarışdırıb içəndə pis təsir edə bilər. Boş mədəyə spirtli içki qəbul etməyin özü də pis təsir edə bilər. Spirtli içkilərin yanında meyvə, məzə olarsa o qədər də pis təsir etməz. Sərt içkilər insanda aqressiya, göz yaşları yarada bilər. Pivə, qırmızı şərab isə mənim fikrimcə insanı rahatlaşdırır. Az həcmdə spirtli içkilər vaxtı xoş keçirməyə kömək edə bilər. Alkoqolun sağlamlığa təhlükə risklərindən kənar olmaq üçün Birləşmiş Krallıq qaydalarına görə ən yaxşısı həftəyə 14 vahiddən çox içməməkdir”.

Şəhər sakini Qasım Abbaszadə: “Spirtli içkilərin sağlamlığa ziyanının dəfələrlə sübut olunmasına baxmayaraq, belə içkilərin satışı və reklamı davam edir. Mütəxəssislərin fikrincə, spirtli içkilərin hətta ən keyfiyyətlisi və məşhurları çoxlu miqdarda içildikdə sağlamlıq üçün təhlükəlidir. İçkilərin qəbulu və saxlanılması zamanı istehlakçılar gərək normalara əməl etsinlər. Açılmış spirtli içki, günlərlə, aylarla saxlanıla bilməz. Spirtli içkilərin isti temperaturda saxlanılması da təhlükəlidir. Bu kimi hallar zəhərlənmə ilə nəticələnə bilər. Spirtli içkinin keyfiyyətini onun markalanması ilə də müəyyən etmək olar. Markalanma həmin şüşə butulkanın üzərində kip oturmalı, tez bir zamanda qopmamalıdır. Spirtli içkinin qabının üzərinə yapışdırılan etiket, marka əl vuranda tez qopur və ya cırılır. Bu isə onu göstərir ki, şüşə butulka təkrar istehsala cəlb edilib və onun üzərinə saxta yolla etiket vurulub. Ona görə də istehlakçılar şübhələndikləri malla üzləşdikdə yaxşı olar ki, satıcıdan uyğunluq sertifikatını tələb etsinlər”.

Şəhər sakini Mikayıl Quluzadə: “Hər bir məhsulda olduğu kimi bu mallarda da qablaşdırma aksiz marka istehsal olunan ölkənin öz dilində tərkibi yazılmalıdır. Tünd içkiləri rəngdən də bilmək olur. Məsələn, konyak və s. Bu konyakların xüsusi rəngi var ki, saxtadan fərqlənir. Bunu da ilk dəfə görənlər çətin bilsin. Dadında da fərq açıq aşkar bilinir. Araq yüngül acılı ola bilməz. Yumuşaq olsa da acılıq olmalıdır”.

Şəhər sakini Emin Qasımov: “Spirtli içkilər müxtəlif olur. Tərkibində spirt olan bir çox şeylərin soyuq halda qəbulu məsləhət görülür. İsti halda qəbul edilən spirtli içki çox zaman baş ağrıya səbəb olur. Keyfiyyətli içkilər qəbul olunduqdan sonra baş ağrı və ürək bulanma yaratmır. Adətən spirtli içkinin qəbulundan bir müddət susuzluq yaranır. Buna səbəb içkinin keyfiyyətli olmamasıdır. Hər insanın spirtli içki qəbul dərəcəsi müxtəlifdir. Məsələn, keyfiyyətli viski açıldıqdan sonra şüşəsi buxarlanır. Bu onun təmiz və keyfiyyətli olduğunu göstərir. İçki içərkən onun dadını ilk olaraq bilməli və tez zamanda ağrı verərsə içilməməlidir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə