49 məhkum azadlığa buraxılıb - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 8 noyabr – Zəfər Günü münasibətilə 18 min məhkuma şamil olunmuş Amnistiya Aktının icrası davam edir. SİA-nın verdiyi məlumata görə bu gün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 17 saylı cəzaçəkmə müsəssisəsində 49 məhkum azadlığa buraxılacaq.

Qeyd edək ki, hal-hazırda 15 məhkum azadlığa buraxılır. Gün ərzində digər 34 məhkum azadlığa buraxılacaq.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə