“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 2021-ci il iyunun 21-də qida məhsulları sahəsində fəaliyyət göstərən 20 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb. AQTA-dan SİA-ya verilən məlumata görə, qeyd edilən tarixdə 2 sahibkarlıq subyektində aparılmış təftiş və ekspertiza nəticəsində həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.
Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:
|
S/S |
Subyektin adı |
Fəaliyyət istiqaməti |
İmtina səbəbi |
|
1 |
Gözəlov Bəxtiyar Vaqif oğlu |
ictimai iaşə |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
|
2 |
İlyasova Vüsalə Həmid qızı |
emal |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB