Sahibkarlıq subyektlərinin qeydiyyata alınması prosesi davam edir

22 İyun 2021 16:31 (UTC+04:00)

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 2021-ci il iyunun 21-də qida məhsulları sahəsində fəaliyyət göstərən 20 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb. AQTA-dan SİA-ya verilən məlumata görə, qeyd edilən tarixdə 2 sahibkarlıq subyektində aparılmış təftiş və ekspertiza nəticəsində həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.

Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:

S/S

Subyektin adı

Fəaliyyət istiqaməti

İmtina səbəbi

1

Gözəlov Bəxtiyar Vaqif oğlu

ictimai iaşə

Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil.

2

İlyasova Vüsalə Həmid qızı

emal

Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil.

Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.