Baş prokurorluğa vətəndaş müraciətləri ilə bağlı qaydalar açıqlanıb VİDEO

Ölkəmizdə həyata keçirilən uğurlu islahatlar nəticəsində səmərəli idarəçiliyin formalaşdırılması, dövlət orqanlarının fəaliyyətində operativliyin artırılması, vətəndaşların məmnunluq səviyyəsinin yüksəldilməsi istiqamətində müsbət nailiyyətlər əldə edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, həyata keçirilən kompleks islahatlar prokurorluq orqanlarında da davam etdirilməklə modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onu məmnun edən tədbirlər daim diqqət mərkəzində saxlanılmaqdadır.

Aşkarlığın təmin olunması məqsədilə prokurorluğun fəaliyyət sferaları ilə əlaqədar vətəndaşları maraqlandıran məsələlərlə bağlı Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən müxtəlif maarifləndirici videoçarxlar hazırlanaraq ictimailəşdirilir.

Hazırkı təqdim olunan videoda isə vətəndaşların prokurorluq orqanlarına operativ müraciət üsulları ilə bağlı izah verilmişdir.

Videonu Baş Prokurorluğun sosial şəbəkələrdə olan səhifələrindən, həmçinin veb-saytından izləyə bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...