Cəbrayılda daha bir nəfər minaya düşdü

Fevralın 25-də saat 14 radələrində Cəbrayıl rayon sakini 1964-cü il təvəllüdlü Mirzəliyev Güloğlan İmran oğlunun işğaldan azad edilmiş Cəbrayıl rayonun Mehdili kəndi ərazisində minaya düşərək xəsarətlər alması barədə Cəbrayıl rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Cəbrayıl rayon prokurorluğundan SİA-ya verilən məlumata görə, araşdırmalarla Güloğlan Mirzəliyevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilmişdir.
Faktla bağlı Cəbrayıl rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə