"Qlobal böhrana çevrilmiş COVID-19 pandemiyası xalqları və ölkələri gözlənilməz bəlaya düçar edib. Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasət xalqımızın bu ağır bəladan ən az itkilərlə çıxmasına şərait yaradıb. Eyni zamanda, dövlətimizin başçısının böyük səyləri nəticəsində ölkəmizdə bu çətin şəraitdə normal həyat ritmləri də təmin edilib. Prezident İlham Əliyevin pandemiya dövründə apardığı müdrik siyasət beynəlxalq aləmdə, dünya birliyində böyük əks-səda doğurub. Prezidentimiz koronavirusla mübarizə şəraitində dünya dövlətlərinin qarşılıqlı əməkdaşlığı və həmrəyliyi vasitəsilə qlobal böhrana qarşı birgə mübarizə aparmağın nümunəsini göstərir. Türkdilli dövlət başçılarının və Qoşulmama Hərəkatı ölkələrinin, Ümumdünya Səhiyyə Təşkilatının rəhbərləri, Dünya Bankının rəsmilərinin iştirakı ilə Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən onlayn videokonfranslar beynəlxalq aləmdə böyük əks-səda doğurub, yüksək rəğbətlə qarşılanıb. Bütün bunlar həm ölkə daxilində, həm də beynəlxalq aləmdə pandemiya ilə mübarizə aparmağın Azərbaycan örnəkləridir". Bu fikirləri "SƏS" qəzetinə açıqlamasında UNEC-in dosenti, Distant, qiyabi və əlavə təhsil mərkəzinin direktor müavini, YAP Səbail rayon təşkilatının qadınlar Şurasının sədri Təranə Kərimova söyləyib.
T.Kərimova bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr olunmuş Xüsusi Sessiyasının təşkil edilməsinə beynəlxalq birlik tərəfindən dəstək verilməsi müstəqil dövlətimizin həyatında çox əlamətdar hadisədir: "Bu, müstəqillik dövrü Azərbaycan tarixinin ən mühüm nailiyyətlərindən biri, dövlətçiliyimizin və diplomatiyamızın real təntənəsidir, hər bir Azərbaycan vətəndaşı üçün sözün böyük mənasında qürurverici tarixi hadisədir. Beynəlxalq miqyasda və ölkə daxilində dövlət səviyyəsində həyata keçirdiyi məqsədyönlü tədbirlərlə ölkə rəhbəri, həmçinin pandemiya dövrünün tələblərinə ciddi surətdə əməl etməyin əsl nümunəsini göstərir. Dövlətimizin başçısı ölkəmizin paytaxtı Bakı şəhərində və regionlarda keçirdiyi, iştirak etdiyi bütün tədbirlərdə özü şəxsən maskadan istifadə etməklə, sosial məsafə gözləməklə bu işin məsuliyyətini və əhəmiyyətini əyani surətdə nümayiş etdirir. Prezidentin pandemiya dövrünün tələblərinə bu qədər ciddi surətdə və yüksək səviyyədə əməl etmək nümunəsi göstərməsi hər bir Azərbaycan vətəndaşı üçün ibrətamizdir. Məhz bu nümunəvi təcrübənin nəticəsidir ki, bu gün yeni dərs ilinin başlanacağı tarix ərəfəsindəyik. Bu, qürurvericidir".
Yeni dərs ili ərəfsində hər il olduğu kimi, bu il də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə bir çox təhsil ocaqlarınnı açılışında iştirak etdiyini deyən T.Kərimova bildirib ki, bu dövlət başçımızın bütün sahələrə olduğu kimi təhsilə də böyük qayğı və diqqətinin göstəricisidir: "Ümummilli Liderimiz Heydər Əliyevin qeyd etdiyi kimi, təhsil hər bir millətin gələcəyidir. Prezident İlham Əliyev vurğulayıb ki, hər bir ölkənin bu günü və gələcəyi təhsillə bilavasitə bağlıdır. Təsadüfi deyil ki, son illər ərzində Azərbaycanda davamlı dövlət dəstəyi sayəsində təhsilin maddi-texniki bazası möhkəmləndirilib, 3500-dən çox məktəb ya yenidən tikilib, ya da ki, əsaslı təmir edilib. Bu dövrdə respublikamızda yüksək səviyyəli təhsil infrastrukturunun yaradılmasına dövlət tərəfindən böyük həcmlərdə maliyyə vəsaiti yönəldilib. Eyni zamanda, ölkəmizdə təhsil infrastrukturunun yenilənməsinə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da öz töhfəsini verir. Fond tərəfindən reallaşdırılan "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində ölkənin müxtəlif bölgələrində 100 mindən artıq şagirdin təhsil aldığı 400-dək məktəb binası inşa olunub və yaxud əsaslı şəkildə yenidən qurulub. Prezident İlham Əliyevin sərəncamları ilə tələbələrin təqaüdlərinin artırılması və yüksək bal toplamış tələbələrin dövlət sifarişi ilə təhsil almalarının təmin edilməsi, istedadlı tələbələr üçün "Sabah" qruplarında təhsilin təşkilinin həyata keçirilən siyasətin konkret təzahürləridir".
T.Kərimova bildirib ki, Prezident İlham Əliyev yeni dərs ili ərəfəsi sentyabrın 3-də birinci xanım Mehriban Əliyeva ilə birlikdə Murtuza Muxtarov küçəsində yerləşən UNEC-in 3 saylı tədris korpusunun yenidən inşa olunaraq istifadəyə verilməsi tədbirində, sentyabrın 4-də ADA Universitetinin iki yeni korpusunun açılışında, Bakının Yasamal rayonundakı Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin əsaslı təmirdən sonra açılışlarında iştirak ediblər.
T.Kərimova avqustun 7-də Bakıdakı 251 nömrəli məktəbdə aparılan əsaslı təmir işləri ilə tanışlığının yaddaqalan olduğunu bildirib: "Qed edim ki, Prezident İlham Əliyevin 251 nömrəli məktəblə tanışlığı təkcə təhsil ocağının kollektivi üçün deyil, ətrafda yaşayan sakinlər üçün də yaddaqalan oldu. Yaxınlıqdakı çoxmərtəbəli binanın sakinləri mənzillərinin eyvanlarından dövlətimizin başçısını salamladılar. Beləliklə, növbəti məktəbin infrastrukturunun tamamilə yenilənməsi Azərbaycanda təhsilin inkişafına göstərilən diqqət və qayğının daha bir təzahürüdür".
"Azərbaycan ziyalıları, təhsil ictimaiyyəti, çoxminli tələbələr ölkəmizin yeni gənc nəsli möhtərəm Prezidentimizin müstəqil dövlətimizin daha parlaq gələcəyi naminə tələbə gənclərə göstərdiyi qayğını yüksək qiymətləndirir və dövlət başçısının respublikamızın daha böyük inkişafı üçün atdığı addımları xalqımız sabahına hesablanmış, düşünülmüş və məqsədyönlü tarixi qərarlar kimi qəbul edirlər", deyən T.Kərimova bildirib ki, bütün bunlar həm tələbələrin, həm də ziyalıların üzərinə böyük vəzifələr qoyur: "İnanırıq ki, yeni dərs ilində də şagird və tələbələrimiz daha səylə oxuyaraq, müstəqil Azərbaycan dövlətinin ümidlərini doğrultmaq, ölkəmiz üçün yüksək hazırlıqlı, vətənpərvər kadr potensialına çevrilmək üçün var qüvvə ilə çalışacaqlar".
R.HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə