Türkiyədə koronavirusa yoluxanların sayı 240,8 mini ötdü

Bu gün Türkiyədə daha 15 nəfər koronavirusdan ölüb. SİA xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir qeyd edib ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 5 844 nəfərə çatıb.

Fahrettin Kocanın sözlərinə görə, son sutkada COVID-19-a 1 182 yoluxma qeydə alınıb. Beləliklə, Türkiyədə koronavirusa yoluxma hallarının sayı 240 804 nəfərə yüksəlib.

Son sutkada 1 103 pasiyent sağalıb. Türkiyədə koronavirusdan sağalanların ümumi sayı 223 759 nəfər təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...