İyul ayının bütün pensiya ödənişləri başa çatdırılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün respublika üzrə iyul ayının bütün pensiyalarının maliyyələşdirilməsi başa çatdırılıb. Nazirlikdən SİA-ya verilən məlumata görə, həmçinin hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə iyul ayı üçün pensiyalar ödənilib.

Pensiya vəsaitləri pensiyaçıların bank hesablarına köçürülüb. Onlar istənilən bankın bankomatlarından öz pensiyalarını qəbul edə bilər, bu zaman hər hansı faiz tutulmur.

Bütün xəbərlər Facebook səhifəmizdə