Ermənilərin Azərbaycana məxsus PUA-nı vurması yalanının ifşası FOTO

Ermənistan Müdafiə Nazirliyinin yaydığı fotonun yalan olduğu aşkarlandı. SİA-nın məlumatına görə, Ermənistan tərəfi Azərbaycana məxsus Pilotsuz Uçan Aparat vurmasını iddia edərək foto paylaşıb.

Apardığımız araşdırma zamanı məlum olub ki, sözü gedən foto 2014-ci ildə Əfqanıstanda çəkilib.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı açıqlamasında bildirib ki, zərbaycan Ordusunun bölmələrinin silahlanmasında olan bütün bütün PUA-lar sıradadır, itki yoxdur.

Bir daha vətədanşaları yalan məlumatlara inanmamağa, onları paylaşmamağa və yalnız rəsmi məlumatları izləməyə dəvət edirik.

Bütün xəbərlər Facebook səhifəmizdə