TƏBİB həftəsonu alış-verişi edənlərə müraciət etdi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) həftəsonu qadağaları ərəfəsində alış-veriş edənlərə müraciət edib.

SİA-nın məlumatına görə, TƏBİB-in müraciətində deyilir:

- Mümkündürsə, onlayn alış-verişə üstünlük verin.

- Alış-verişə ailənizdən bir nəfər göndərin.

- Pik saatlarda mağazaya getməkdən çəkinin və yaşadığınız yerə yaxın mağazaya getməyə çalışın.

- Xəstəsinizsə, mağazaya getməyin.

- Mağaza daxilində asqırarkən və ya öskürərkən ağzınızı və burnunuzu salfetlə örtün və ya dirsək bükümünüzdən istifadə edin.

- Maska taxın və heç bir halda çıxarmayın, əlinizlə üzünüzə toxunmayın.

- Digərləri ilə fiziki məsafə saxlayın.

- Ödəniş etdiyiniz kartı dezinfektantla təmizləyin.

- Ödənişdən sonra spirt tərkibli dezinfektantla əllərinizi təmizləyin.

- Evə qayıtdıqda əllərinizi mütləq su və sabunla yuyun.

Bütün xəbərlər Facebook səhifəmizdə