Assimptomatik xəstələrin evdə müalicəsi nəzərdə tutulur

"Azərbaycan çox az sayda ölkələrdəndir ki, assimptomatik xəstələrin müalicəsini xüsusi rejimli xəstəxanalarda davam etdirir. Lakin, yaxın gələcəkdə assimptomatik xəstələrin evdə müalicə olunması və evdə nəzarətdə saxlanılması nəzərdə tutulur. Bu da Bakı şəhərində xəstəxanalarda doluluq faizlərinin artması ilə əlaqədardır". SİA-nın verdiyi məlumata görə, bunu mətbuat konfransında TƏBİB-in sədri Ramin Bayramlı deyib.

Ramin Bayramlı qeyd edib ki, evdə müalicə ilə bağlı artıq Protokollar hazırlanıb: "Virus aşkar edilmiş, pozitiv şəxslərin müalicə zamanı evi tərk etməmələri ilə bağlı xəbərdar ediləcəklər. Əks halda onların bununla bağlı qanunla inzibati cəzaya cəlb edilməsi nəzərdə tululub".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə