5G texnologiyası koronavirusu yaya bilərmi? MÜTƏXƏSSİS RƏYİ-ÖZƏL

Son ayların ən çox danışılan və müzakirə mövzusuna çevrilən koronavirus pandemiyası hər kəsin diqqət mərkəzindədir. Səhər sübhdən gecə yatana qədər hamını düşündürəm suallar bu gün görəsən virusla bağlı yeni nə olacaq, koronavirusla bağlı daha hansı informasiya əldə edəcəyik kimi suallardır. Ən təhlükəli məqam isə onsuzda bütün dünya insanlarının psixologiyasına müəyyən qədər təsir edən pandemiyadan sui-istifadə edərək yanlış məlumatların yayılmasıdır. Bir müddət bundan öncə, koronavirusun olmadığı və ya hansısa güclərin oyun oynadığı, vaxtilə vurulan BSJ vaksinin koronavirusun yayılmasını genişləndirdiyi, müxtəlif dərman pereparatlarının xəstəliyin inkişafına təsir etməsi, virusun bioloji silah olduğu kimi iddialara da rast gəldik. Zaman-zaman bu suallara mütəxəssislərin dili ilə aydınlıq gətirilərək, iddiaların doğru olmadığa da üzə çıxdı. Son günlər isə bu istiqamətdə yayılan iddialardan biri isə 5G texnologiyasının koronavirusu yayması ilə bağlıdır. Bəs görəsən növbəti iddia nə dərəcə həqiqətə uyğundur?

Məsələ ilə bağlı SİA-ya açıqlama verən Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşı Nərgiz Bayramova söyləyib ki, xəbər portallarında, eləcə də çoxlu izləyicisi olan platformalarda, videoçarxlarda bəzi şəxslərin biri 5G texnologiyasının koronavirusu yayması ilə bağlı iddialar çaşqın vəziyydə olan insanları daha da qorxutdu: “Bu xəbər əsassız olsa da, insanların bəziləri yenə də çaşqınlıq içində qalır. Həmin şəxslər düşünür ki, doğurdanmı 5G texnologiyası koronavirusu yaya bilər?”.

Bu istiqamətdə yayılan informasiyanın iki istiqamətdə olduğunu deyən mütəxəssis söyləyib ki, bəziləri 5G texnologiyasının koronavirusu yaydığını, bəziləri isə onun yaydığı radiasiyanın immun sisteminin aşağı düşməsinə və bunun nəticəsində insanların virusa qarşı davamlılığının zəifləməsinə səbəb olduğunu bildirirlər: “Əlbətə ki, bunlar yanlışdır. Buna misal olaraq deyə bilərik ki, bu gün qonşu dövlət olan İran 5G-yə qoşulmayıb. Amma Ümümdünya Səhiyyə Təşkilatının açıqladığı statistikaya baxdıqda həmin ölkədə həm yoluxma, həm də ölüm sayının həddindən artıq çox olduğunu görmək mümkündür. Daha dəqiq desək İran koronavirusa yoluxanların sayına görə, dünyada 8-ci yerdədir”.

N. Bayramova qeyd edib ki, koronavirus dünyada ilk dəfə deyil ki, müşahidə olunur: “Bilirsiniz ki, bundan əvvəl SARS virusunun yaratdığı digər bir xəstəlik 2002-ci ilin iyul-noyabr ayını əhatə etmişdi. Xüsusilə də Asiya ölkələri bundan daha çox zərər görmüşdü. Həmin dövrdəki 5 G yox idi? Ona görə də bu cür iddialar yanlış və heç bir elmi əsası olmayan iddialardır. Elmi araşdırmalar isə bunun əksini iddia edir. Yəni 5G həyatımıza daxil olduqdan sonra həyatımız daha da asanlaşacaq. Zavodların avtomatlaşdırılması, hər hansı prosesin, əməliyyatın kənardan müdaxilə edilərək idarə olunması ilə əksinə xəstəliklər, insan sağlamlığındakı problemlər azalacaq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...