Gürcüstan nəhəng masştablı təhlükə qarşısındadır Amiran Qamrelidze

Gürcüstan epidemiyanın nəhəng masştablı astanasındadır. SİA xəbər verir ki, ölkənin Xəstəliklərə nəzarət və ictimai sağlamlıq milli mərkəzinin rəhbəri Amiran Qamrelidzenin fikirlərini İnterfax agentliyi yayıb.

"Ölkə fövqəladə vəziyyətdədir və nəhəng miqyaslı epidemiya bizi izləyir... Bu, elə bir idarəedilməz proseslə nəticələnə bilər ki, onu İtaliya, Fransa, İspaniya ilə eyniləşdirmək olar... Hansı ki, bu ölkələr Gürcüstandan həm iqtisadi, həm də səhiyyə sistemi cəhətindən güclüdürlər. Biz real təhlükə qarşısındayıq", deyə Gürcüstanın səhiyyə rəsmisi vurğulayıb.

Onun sözlərinə görə, 3 pasientin koronavirusa yoluxma mənbələri tapılmayıb, ona görə də, həmin risk nəzarətsiz şəkildə Gürcüstanı təhdid edir və çox ciddidir.

Qamrelidze bütün vətəndaşları birbaşa təmasları minimallaşdırmağa və ictimai yerlərdə sosial məsafəyə diqqət etməyə səsləyib.

Xatırladaq ki, ötən gün Gürcüstanda infeksiyaya yoluxanların sayı 90 nəfərə qədər yüskəlib. Bu, ölkə əhalisinin sayı baxımından kifayət qədər yüksək rəqəmdir.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...