Mersedes yük avtomobili ilə toqquşub ölən var

Ucar rayonunun Pirkənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, fevralın 22-də saat 15 radələrində Ucar rayonunun Pirkənd kəndi ərazisində Bakı şəhər sakini E.Qarayev idarə etdiyi “Mercedes” markalı avtomobili qarşıda gedən “Volvo” markalı yük avtomobilinə çırpılıb. Nəticədə E.Qarayevin sərnişini Namiq Gərəkməzli xəstəxanaya aparılarkən yolda ölüb, özü və digər sərnişinləri xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə