Astarada maarifləndirici tədbir keçirilib

Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Astara rayonu Artupa kənd məscidi dini icmasının təşkilatçılığı ilə həyata keçirilən “Ailə dəyərlərimizi qoruyaq” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib. SİA-nın məlumatına görə, Artupa kənd Diyarşünaslıq evində baş tutan tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə, Artupa kənd məscidi dini icmasının sədri Ağadada Cavadov, məscidin imamı Hacıhüseyn Hüseynov, Artupa kənd tam orta məktəbinin müəllimi Mehman Quliyev, kənd ictimaiyyətinin nümayəndələri və gənclər iştirak edib.

Çıxışlar zamanı milli-mənəvi dəyərlərimiz və onun tərkib hisssəsi olan ailə dəyərləri haqqında danışılıb. Gənclərin şəxsiyyət kimi formalaşması və sağlam cəmiyyətin qurulmasında ailə dəyərlərinin mühüm rolu müzakirə edilib. Vurğulanıb ki, ölkəmizdə mövcud olan ailə dəyərlərini qoruyub saxlamaq olduqca vacibdir.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Sərraf Talıbov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...