"Heydər Əliyev bir ümmandır və mən onun haqqında yazılarımı ömür boyu davam etdirəcəyəm"

Heydər Əliyev bir ümmandır və mən onun haqqında yazılarımı ömür boyu davam etdirəcəyəm. Hazırda “Zərifə və Heydər Əliyevlər. Əbədi sevgi” kitabının əlyazması yazı masamın üstündədir. Ümid edirəm ki, çox maraqlı kitab alınacaq və biz onu gələn il burada təqdim edəcəyik. AZƏRTAC xəbər verir ki, bu sözləri “Heydər Əliyev. Şəxsiyyət və zaman” roman-tədqiqatının Moskvada keçirilən təqdimat mərasimində kitabın müəllifi, Xalq yazıçısı Elmira Axundova jurnalistlərə bildirib.

O qeyd edib ki, “Heydər Əliyev. Şəxsiyyət və zaman” kitabının birinci nəşri 2017-ci ildə dərc edilib. Həmin üçcildlik Rusiyada çox uğurla yayıldı. Biz belə qərara gəldik ki, daha mükəmməl, nəfis tərtib edilmiş ikinci nəşri oxuculara təqdim edək. Xalq yazıçısı xatırladıb ki, ulu öndər Heydər Əliyev haqqında yeddicildlik nəşrin dördüncü cildi də Moskvada təqdim olunub. Həmin əsərlər ingilis, türk, macar, tacik və rus dillərinə tərcümə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...