Ölkəmizin Birləşmiş Ərəb Əmirliklərindəki Səfirliyinin təşkilatçılığı ilə Əbu-Dabidə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib

Ölkəmizin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) Səfirliyinin təşkilatçılığı ilə Əbu-Dabidə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

SİA Səfirliyə istinadən bildirir ki, mərasimdə çıxış edən ölkəmizin Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Mahir Əliyev Ümummilli Liderin həyatı, siyasi fəaliyyəti, dövlətimiz və xalqımız üçün əvəzsiz xidmətləri haqqında tədbir iştirakçılarına məlumat verib.

Səfir qeyd edib ki, Heydər Əliyevin ölkəmizin hərtərəfli inkişafı üçün atdığı qətiyyətli addımlar sayəsində Azərbaycan bu gün dünyanın qabaqcıl ölkələri siyahısındadır. Ölkəmizin xüsusilə çətin illərində-1993-1994-cü illərdə Ulu Öndər müasir Azərbaycan dövlətinin müstəqilliyini möhkəmləndirməyə, iqtisadi inkişafa, mürəkkəb geosiyasi məkanda yerləşən ölkəmizin sabitliyinin bərpasına nail olub. Fəal xarici siyasəti sayəsində Heydər Əliyev Azərbaycanı nüfuzlu regional aktora və Avropanın enerji təhlükəsizliyini təmin edən ölkəyə çevirib. Həmçinin ölkəmizin bütün dünya dövlətləri ilə balanslaşdırılmış münasibətlər qurmasında böyük rol oynayıb. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev özünün bütün həyat və fəaliyyətini Azərbaycan xalqının və respublikamızın hərtərəfli inkişafına və çiçəklənməsinə, azərbaycançılıq ideyasının milli şüurda qərarlaşmasına, dövlət quruculuğuna, müstəqil dövlətçiliyin möhkəmlənməsi və yüksəlməsinə, Azərbaycan mədəniyyətinin və incəsənətinin bütün dünyada tanınmasına həsr etmiş, bu sahədə misilsiz xidmətlər göstərmişdir

Tədbirdə ölkəmizin Dubaydakı baş konsulu Cavidan Hüseynov, eləcə də səfirliyimizin və baş konsulluğumuzun əməkdaşları, Birləşmiş Ərəb Əmirliklərində yaşayan və təhsil alan həmvətənlərimiz iştirak ediblər.

Sonra Ulu Öndərin həyat və siyasi fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.

Sonda mərasim iştirakçıları ehsan süfrəsinə dəvət olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...