Dünya mətbuatı Azərbaycanda aparılan islahatlardan yazır

Çinin nüfuzlu kütləvi informasiya vasitələri Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə həyata keçirdiyi islahatlar, o cümlədən Milli Məclisin buraxılması və parlamentə növbədənkənar seçkilərin təyin edilməsi prosesini diqqətdə saxlayır. SİA xəbər verir ki, milli xəbər agentliyi Sinxua, 100 milyondan çox çap və onlayn abunəçisi olan “China Daily” qəzeti, Çin Beynəlxalq Radisou və digər KİV-lər Azərbaycanda parlamentin buraxılması və növbədənkənar seçkilərin elan olunması ilə bağlı gedən prosesləri, o cümlədən Milli Məclisin növbədənkənar seçkilərin təyin edilməsi haqqında Prezidentə müraciəti, Konstitusiya Məhkəməsinin həmin qərarın Konstitusiyaya uyğunluğu barədə qərar qəbul etməsini, Prezident İlham Əliyevin Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncamı barədə çin, ingilis və digər dillərdə xəbərlər yayıblar.

Ukrayna və Belarusun qabaqcıl KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin fundamental islahatları, həmçinin Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və parlamentə növbədənkənar seçkilərin təyin edilməsi barədə məlumatlar yayıb. Belarusun BELTA informasiya agentliyi, “Belarus Seqodnya” portalı, Ukraynanın UKRİNFORM, Fakt informasiya agentliyi, “rbc.ua” portalı Azərbaycanın Konstitusiya Məhkəməsinin qərarı, parlament Aparatının rəhbəri Səfa Mirzəyevin Konstitusiya Məhkəməsinin Milli Məclisin səlahiyyətlərinin parlamentin yeni tərkibi formalaşanadək saxlanılmasını nəzərə alması barədə bəyanatı, Prezident İlham Əliyevin beşinci çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncamı barədə məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...