Bu gün Lənkəranda maqnitudası 3.5 olan zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 17:45-də qeydə alınıb.

Ocağı 16 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 3 bal, ətraf rayonlarda isə 3 bala qədər hiss olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...