Xalq öz müdafiəçilərini heç zaman unutmur! DƏYİRMİ MASA

Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə həsr olunmuş tədbirlərin təşkili” layihəsinin yekunu ilə əlaqədar “DÖVLƏT VƏ XALQ ÖZ MÜDAFIƏÇILƏRINİ HEÇ ZAMAN UNUTMUR!” mövzusunda adiyyəti olan Dövlət qrumlarının, QHT, KİV-nin nümayəndələrinin və şəhid aillərinin birgə iştirakı ilə Dəyirmi masa keçirib. SİA-nın verdiyi məlumata görə, tədbir Azərbaycanın müstəqilliyi, torpaqlarının bütövlüyü uğrunda şəhid olmuş hərbiçilərin və vətəndaşların xatirəsi yad edilərək öz işinə başlayıb.

Sonra layihənin rəhbəri "Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondunun Prezidenti, "Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzi"-nin direktoru Sərraf Oruc həyata keçirilən layihənin məqsəd və məramı haqqında məlumat verərək bildirib ki, 1990-1994-cü illərdə, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə şəhid olmuş Vətən övladları üçün Bakıda 1-ci və 2-ci Şəhidlər Xiyabanı salınıb. Yüzlərlə şəhidimiz isə onların valideyinlərinin istəyi ilə Bakıda və rayonların el məzarlılarında dəfn olunublar.

Həyata keçirilən layihə çərçivəsində, Bakının, Səbail, Yasamal, Xətai, Sabunçu, Abşeron rayonlarında, regionlardan isə Şirvan şəhərinin və Astara, Lerik rayonlarının el məzarlıqlarında keçirdiyimiz monitorinqlər zamanı məlum olub ki, el məzarlıqlarında dəfin olunmuş bəzi şəhidlərin məzarları və onların xatirələrini əbədləşdirmək üçün küçələrdə ucaldılmış abidələri, xatirə güşələri, onların valideyinləri vəfat etdikdən sonra, adiyyəti qrumların öz işlərinə məsuliyyətli yanaşmaması üzündən və vətəndaşların layqeyidliyi səbəbindən baxımsız qalıb.

Həmin məzarlardan Bakının, Səbail rayonu, Bibiheybət qəsəbəsinin el məzarlığınında dəfn olunmuş şəhid Soltanov Natiq Mayis oğlunun məzarını ictimayyətə göstərmək istəyirik. Şəhid Natiq Soltanovun hər iki valideyinləri, 2 qardaşı və ailə üzvləri vəfat etdikdən sonra onun məzarı vətəndaşların layqeyidliyi səbəbindən baxımsız qalaraq kol-kos basıb, ətrafına isə zibil tulantıları tökülüb. Belə məzərlardan Sabunçunun el məzarığında da vardır.

Abşeron rayonunun Xırdalan şəhərində 32 şəhid məzarı tərəfimizdən aşkar edilib ki, onlardanda 7-si Əfqanstandan torpaqlarımızın müdafiyyəsi üçün könüllü gəlmiş Əfqan qardaşlarımızın məzarlarıdır ki, onların da məzarları baxmsız qalıb.

Səbail rayon Bibiheybət qəsəbəsinin el məzarlıqında 4 şəhidin, Yasamal el məzarlıqında 3 şəhidin, Nizami rayon keşlə qəsəbəsinin el məzarlıqında 14 şəhidin, Binəqədi rayon el məzarlıqında 7 şəhidin, Xətai rayon Kənd Əhmədli qəsəbəsinin el məzarlıqında 9 şəhidin, Sabunçu rayon el məzarlıqında 8 şəhidin, Abşeron rayon el məzarlıqında 32 şəhidin və regionlardan isə Şirvan şəhər el məzarlıqında 18 şəhidin, Astara rayon el məzarlıqında 7 şəhidin məzarı keçirdiyimiz monitorinqlər zamanı aşkar edərək nöqsanlar qeydə alınıb. Şəhid məzarları başqa məzarlardan seçilmir. Çünki, şəhid məzarlarına şəhid olmaları barəsində heç bir fərqlənmə nişanələri, nə bayraq, nə də ki,məzar üstü baş daşlarına nişanələr vurulmayıb. Sanki bu şəhidlər Vətən uğrunda şəhid olmayıblar.

Bakının Səbail, Yasamal, Nizami, Binəqədi, Xətai, Sabunçu, o cümlədən Abşeron rayonlarında, Şirvan şəhərinin el məzarlıqlarında keçirdiyimiz monitorinqlərin zamanı müəyyən etdik ki, el məzarlıqlarında dəfn olunmuş şəhidlərin məzarları və onların xatirələrini əbədləşdirmək üçün küçələrdə düzəldilmiş xatirə güşələrinin vəziyyəti və onlara adiyyəti qrumlar və vətəndaşlar tərəfindən diqqət-sayqı ən yaxşısı olaraq Nizami, Binəqədi, Lerik (Rvarud kendi) rayonlarında, ən pis vəziyyət isə Səbail rayonu və Şirvan şəhərindədir.

Xususi ilə qeyr etmək istəyirik ki, iki dəfə Prezident Administrasiyasından Şirvan şəhər İcra Hakimiyyətinin rəhbərliyinə yazılı şəkildə həyata keçirdiyimiz layihənin icra olunmasına dəstək verilməsi tapşırılsa da təəssüflər olsun ki, Şirvan şəhər İcra Hakimiyyətinin rəhbərliyi və Bələdiyyə İdarəsinin rəhbərliyi belə bir əhəmiyyətli layihəyə biganə yanaşaraq heç bir köməklik göstərməyiblər.

Layihəyə cəlb edilmiş əməkdaşların köməkliyi ilə Bakının, Səbail, Yasamal, Xətai, Nizami, Sabunçu, Abşeron rayonlarında, regionlardan isə Şirvan şəhər və Astara rayon məzarlıqlarında şəhid məzarlarını saatlarla axtardıqdan sonra onların məzarlarını müəyyən edərək, şəhidlərin siyahıları tutlduqdan sonra, el məzarığında dəfin olunmuş şəhidlərin xatirəsini əbədləşdirmək üçün şəhidlərin xatirə güşəsi yaradıldı, üçrəngli Azərbaycan bayrağı ilə bəzədildi.

Lerik rayonunun ucqar dağ kəndi olan Rvarud kəndindən Qarabağ savaşında onlarla igid döyüşçü iştirak edib, onlardan 3 nəfəri – Səxavət Hacıyev, Etiqad Hacıyev və Mübariz Həsənov şəhidlik zirvəsinə ucalıb. Şəhid Səxavət Hacıyevin qardaşı Mübariz Hacıyev şəhid qardaşına görə aillərinə dövlət tərəfindən verilmiş 11 min manat vəsaiti hesabına Lerikin Rvarud kəndində Qarabağ və İkinci Dünya müharibəsində şəhid olan rayon sakinlərinin xatirəsini əbədiləşdirmək üçün “Şəhidlər” abidə kompleksinin inşa etdirib.

Sərraf Oruc çıxışının sonunda “Şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə həsr olunmuş tədbirlərin təşkili” layihəsinin həyata keçməsində təşkilatı işlərdə yaxından köməklik göstərdiklərinə və şəhid aillərinə göstərdikləri diqqət və qayğıya görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenat Cənab Arzu Rəhimova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi polkovnik-leytenat Qurban Şirinova, şöbənin müfəttişi Rövşən Nəcəfova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin rəisi polkovnik Valeh Nəcəfova, "Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri" İctimai Birliyinin Astara rayon şöbəsinin sədri Orxan Əliyevə və Şəhid Səxavət Hacıyevin qardaşı Mübariz Hacıyevə öz təşəkkürünü bildirib.

Sonra tədbir iştirakçılarından, “Şəhid Aillərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Rövşən Ağamaliyev, Respublika Şəhid aillərinə Qayğı Cəmiyyətinin sədri Müşfiq Əliyev, Vətən Müharibəsi Veteranlar birliyinin Səbail rayon şöbəsinin sədri İlham Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşı mayor Fuad Quliyev, Dövlət Sosial Siğorta Kommersiya Şirkətinin Hüquq şöbəsinin müdiri Əfqan Hüseynov, Respublika Vetranlar Təkilatının Nərmanov şöbəsinin sədri ehtiyatda olan polkovnik Elşad Şabanov, 20 Yanvar Cəmiyyəti ictimai birliyinin sədri Soltan Əzimov, “Milli Qəhramanların Tantma” Birliyinin sədri Elşən Uluxanlı, “Qürur Şəhid Ailələrinə Dəstək” Birliyinin sədri Naibə Alahverdiyeva, Respublikası Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin sədri Firudin Məmmədov, Vətən Müharibəsi Əlillərinə Kömək Birliyinin sədir müavini Məcid Məmmədov, "Beynəlxalq Əlillər Cəmiyyəti" Birliyinin sədri Tahir Xudiyev, “Dünya Ana və Uşaqları” Birliyinin sədri Dünyaxanım Əliyeva, İrak-Azərbaycan Mədəni Əlaqələr Birliyinin sədir müavini Tərlan Salehi, Vətənpərvərlər Cəmiyyəti birliyinin sədri Arif Məhərrəmov və başqaları çıxış edərək həyata keçirilən “Şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə həsr olunmuş tədbirlərin təşkili” layihəsıni müsbət qiymətləndirərək, belə bir əhəmiyyətli layihənin icrasına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və "Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondunun kolektivinə öz təşəkkürlərini bildiriblər.

Çıxış edənlər öz çıxışlarında bildiriblər ki, canlarını vətən, millət, dövlət uğrunda qurban vermiş şəhidlər həm dini nökteyi nəzərdən, həm də bəşəri cəhətdən şərəfli və müqəddəs bir yolçulardırlar. Şəhidlərimiz daima ehtiram hissi ilə yad olunublar və olunacaqlar.

Tədbirinin sonunda, Azərbaycanın suverenliyi və Qarabağda ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olaraq el məzarlığlarında dəfin olunmuş şəhid məzarlarını təmir olunması və el məzarlığlarının əsas giriş qapsında xatirə güşələrinin düzəldilməsi üçün dəyirmi masa iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə