Prezident Zaqatalaya 5,5 milyon manat ayırıb

Bu vəsait Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun tikintisinə xərclənəcək

Azərbaycan prezidenti İlham Əliyev Zaqatala rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. SİA-nın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, 16 min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Zaqatala rayon İcra Hakimiyyətinə 5,5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə