\"İRƏLİ\" beynəlxalq forumda təmsil olunub

Gürcüstanın Batumi şəhərində Gürcüstanın Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən \"Tələbələrin Beynəlxalq Gürcüstan forumu\" adlı tədbir yekunlaşıb. Forumda \"İRƏLİ\" İctimai Birliyi ilk dəfə təmsil olunub. \"İRƏLİ\"dən birliyin Bakı Biznes Universiteti üzrə koordinatoru Kamil Kərimli iştirak edib. SİA-ya verilən xəbərə görə, ümumilikdə foruma dünyanın

müxtəlif ölkələrindən olan 200-ə yaxın gənc qatılıb.


6 gün davam edən forumda "Yeni media və gənclik" mövzusunda diskussiya aparılıb. Təlimlər Avropa Gənclər Forumunun layihə üzrə meneceri Viktor Szabados tərəfindən keçirilib. Forum müddətində iştirakçılar Gürcüstanın Təhsil Nazirliyinin nümayəndələri ilə görüşüblər. Layihə çərçivəsində iştirakçılar Gürcüstanın Kabuleti, Tiflis, Kutaisi şəhərlərinə səfər edib və tarixi yerlərlə tanış olublar. Tədbirin sonunda iştirakçılara sertifikat təqdim edilib və yekun olaraq tədbirin deklarasiyası qəbul olunub.


Tədbirin təşkilində əsas məqsəd dünyanın müxtəlif universitetlərində təhsil alan

gəncləri bir araya gətirərək, onlar arasında fikir mübadiləsinin aparılmasını və qarşılıqlı

əməkdaşlığın yaradılmasını təmin etməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə