Krım Muxtar Respublikasının kurortlar və turizm naziri Azərbaycana gələcək

Ukraynanın Krım Muxtar Respublikasının kurortlar və turizm naziri Aleksandr Liyevin başçılıq etdiyi nümayəndə heyəti dekabrın 19-da Azərbaycana səfərə gələcək.


Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsindən SİA-ya verilən məlumata görə, səfər çərçivəsində nazirlikdə nümayəndə heyətinin üzvləri ilə görüş olacaq.


Eyni zamanda, Krım Muxtar Respublikasının kurort–turizm imkanlarını təbliğ etmək məqsədi ilə dekabrın 19–da "Ambassador" mehmanxanasında Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri və KİV nümayəndələri üçün təqdimat keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə