Qəzet oxuyanların sayımı daha çoxdur yoxsa sosial şəbəkələrdən istifadə edənlər? - YAZIÇI-KULTROLOQ AÇIQLADI

"Hər bir zəmanənin öz texnologiyası olub. Bu istər həyatı asanlaşdıran, modernləşdirən vasitə olsun, istərsə də, informasiyanı qəbul etmək, müəyyən məlumatları toplamaq üçün müxtəlif formatlar olsun. Bu baxımdan qəzet, jurnallar, kitablar və hər hansısa kağız daşıyıcılarından informasiyanı əldə etmək artıq keçmişdə qalmış oldu. Kütləvi informasiya vasitələri artıq getdikcə modernləşir və inkişaf edir". Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kultroloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, qəzetlərin sayının 300-500-1000 tirajla olduğu bir dövrdə, insanların xüsusilə də Azərbaycanda yaşayan 10 milyon 200min əhali və yaxud da, Dünya Azərbaycanlılarının 60 milyonu əlbəttə ki, qəzet daşıyıcıda hanısa bir informasiyanı qəbul etmək demək olar ki, gülünc səslənir: "Düzdür qəzet artıq keçmişin arxivinə, zəmanənin arxivinə gedir, Azərbaycanda da bunu nə qədər təsdiqləmək istəsə də, həftəlik, gündəlik qəzetlərə maliyyə datasiyası ayırsada, artıq qəzetlərlə bağlı heç bir maraq qalmayıb. İnsanlar qəzetdən çox yeni mediadan, internetden, xüsusəndə sosial mediadan məlumatları həmin anda tanış olmağa və qəbul etməyə meyillidirlər. Bəli bunun müsbət və mənfi tərəfləri var. Qəzetçilik ənənəsi əlbəttə ki, 100 illər boyu formalaşıb və orada daxili və xarici senzorlar var. Amma orada müəyyən qadağalar var. Buda insanları qəzetdən qaçırdıb. Amma digər tərəfdən sosial şəbəkələr və yeni mediada, internetdə də, bütün faktların dəqiqliyinə heç kim təminat vermir. Ona görə də, biz hər hansı bir oxuyucunun və izləyicinin informasiyanı hansı formatda əldə etməsi yox, texniki cəhətdən yararlandığı yox, məhz o informasiyanın özünün dəqiqliyi, səhihliyi, düzgünlüyü və feyk olmaması ətrafında müzakirə etməliyik. Sözsüz ki, qəzetlərdə zəmanənin diqtəsi ilə texnoloji dəyişikliyə getməlidir və artıq biz onu görürük. Qəzetlərimizin demək olar ki, 100 faizinin elektron variantı, elektron veriyası var. Qəzetdə olan matreallarla tanış olmaq üçün, insanlar həmin elektron variantlara daha üstünlük verirlər. Bunun üçün qəzetə pul vermək lazım deyil, köşkə gedərək qəzet almaq lazım deyil, tirajı az olan qəzetləri axtarmaq lazım deyil. İkinci məsələ isə artıq hər kəsin əlində smartfon telefonlarda olan elektron qəzetin versiyası sayılan saytlarla və xüsusən də sosial şəbəkələrdə reklam üzərindən, tanıtım üzərindən həmin qəzetlərə, həmin mənbənin üzərinə getdiyi bir vaxtda, hansısa A2 formatında olan qəzeti üzərində gəzdirib, oxumağın nə mənası var? İndi texnologiya tez-tez dəyişir. Radio-televiziyanın inkişafı onsuzda qəzetçiliyə çox mənfi təsir göstərmişdir. Amma azda olsa hələ də, qəzetə inam vardır. Fəqət kağız formatında olan informasiyanın artıq elektron variantda əl çatanlığı rahat olduğuna görə, insanlar daha çox ona meyil göstərir. Sosial şəbəkələr daha geniş, daha gözəl, daha prespektivli imkanlar təklif edir. Eyni zamanda siz dostlarınızla söhbət edə bilər, musiqi dinləyə bilər, xəbərlərə baxa bilərsiniz, görüntülü təmasda ola bilərsiniz. Hətda əlinizdə müəyyən imkanlar var ki, məlumatları qısa başlıqlarından tut, geniş məlumatlara qədər oxuya bilərsiniz. Amma qəzetdə bu imkan yoxdur. Yenilik bizi əlbəttə ki, sürətli informasiyanı qəbul etmək və onu analiz etmək, ondan nəyisə ortaya qoymağı tələb edir. Süni intellekt gəlib. Artıq nəinki, mətnlər həm də görüntü və audioviziual imkanlar genişlənib. Artıq düşüncənin özünü belə informasiyanın viziual formasına çevirmək məsələləri qoylur. Belə bir vaxtda ölü, tərpənməz yazı özündə daşıyan qəzetlərin taleyi artıq məlumdur. Fikrləşirəm ki, milyonlarla kitab çap etmək üçün, milyonlara ağacın kəsilməsi, fabriklərin işləməsi, mürəkkəblər və digər ekologiyanı pozan, planetin hərarətini artıran proseslərdənsə, yəni bu hər gün təkrarlanır, qəzetlər hər gün çap olunmalıdı bu nüansları əsas gətirsək görürük ki, bir elektron qovluq alıb onu illər ərzində istifadə etmək mənim fikrimcə daha yaxşıdır".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə