"Nənə və babalarımız nə deyiblərsə, nə ediblərsə, bunların hamısı əsrlər sonra müasir dövrdə, hətta süni intellekt proqramları vasitəsilə araşdırmaya verəndə görürük ki, bunların 90-95%-i düz çıxır. Əhd etmək beyin siqnallarını istiqamətləndirməkdir". Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananın təsisçisi, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.
O bildirib ki, qədim Midiyada Zərdüşt Peyğəmbər belə deyirdi: “Xeyirxah fikir, xeyirxah söz, xeyirxah əməl”.
Bu çox önəmlidir və sonrakı səmavi dinlərdə də öz əksini tapmışdır. Əhd etmək insanların bir-birinin yanında sirr açmaq, onların özlərinə, doğmalarına aid edilirdi. Əhdi pozmamaq beyni də bütün həyat kredosunda o istiqamətə yönəltmək deməkdir. Əhd etməklə bağlı deyə bilərəm ki, yalnız uşaq doğuşu ilə bağlı yox, iki gəncin ailə qurması uğrunda qohum-əqrabalar da əhd edə bilər. Əhdlə bağlı digər dünyagörüşümüzlə bağlı olan məsələlər var".
"Təəssüflər olsun ki, son vaxtlar yeni nəsil etnoqrafik bilgilərimizdən, yaşam tərzimizdən, ensiklopedik-fəlsəfi baxışlarımızdan uzaqlaşmışıq. Əhd etməyin çox hissəsi reallaşmasa belə, insanların beyninin istiqamətləndirilməsi, fərqli yöndə öz rəqiblərinə qarşı müsbət və ya mənfi emosiyaları yönəltmək baxımından da maraqlıdır. Keçmişdə və indiki dövrdə bəzi kəndlərdə bu fikir qalıb: məhərrəmlik fərziyələri, orucluq zamanı yaslarda xüsusi adamlar vardır ki, onlar Allaha dua, alqış, qarğış və əhdlər edirdi. Onlar əhd edirdilər ki: “Oğlum əsgərlikdən sağ-salamat gəlsə və ya Qarabağ torpaqları qayıtsa, “filan işləri görəcəm”.
Bəzi savadsız, etnoqrafik bilgiləri olmayan şəxslər əhd edir ki: “Oğlum ticarətlə məşğuldur, əgər uğurlu olsa, qurban kəsəcəm, yerlə sürünə-sürünə onun ayağına gedəcəm və s”. Bu primitiv şeyləri çıxmaq şərtilə əhdlər pis şeylər deyil. Bu, nənə-babalarımızın qazandığı düşüncə tərzinin bir hissəsidir. Yaxşı olar ki, əhdlərlə bağlı insanlar müsbət, pozitiv işlərlə məşğul olsunlar. Əhd etmək olar ki: “Mənim uşağım universiteti qurtarsın və ya elmlər namizədi olsun. Azərbaycanın inkişaf etməsi ilə bağlı format ortaya qoyub işlər görsün”.
Son vaxtlar görürük ki, deyirlər: “Mənim qızım varlı şəxsə ərə getsin”, “Ərim başqa qadınlarla yox, mənimlə gəzsin”. Bu əhdlər primitivləşmiş, bəzən isə reallaşmayan arzulardır. Bundan daha ciddi və önəmli məsələlər haqqında düşünmək olar" - deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə