Gədəbəydə 36 min yeni ağac əkilib

Gədəbəy rayonunda 36 min yeni ağac əkilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, rayon icra hakimiyyətindən verilən məlumata görə, ekoloji mühitin sağlamlaşdırılması, yaşıllıqların qorunub saxlanılması, sahəsinin genişləndirilməsi, bioloji müxtəlifliyin inkişafı məqsədilə ötən il rayondakı küçələrin, magistral yolların kənarlarına, parklara və digər ərazilərə çinar, şam, palıd və digər növdə yerli iqlim şəraitinə uyğun ağaclar, eləcə də meyvə ağacları əkilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi ilə birgə meşəlik ərazilərdə də meşəcinsli ağaclarla yaşıllıqların sayı çoxaldılıb. Gədəbəyin yaşıllaşdırılması üçün işlər bu il də davam etdirilir. Rayon ərazisində minlərlə ağac tinginin əkilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə