"İsitmə sistemləri işləmədiyinə görə konfortsuz vəziyyət yaşanır" - EKSPERT TƏNQİD ETDİ
"Nəqliyyatın əsas problemlərindən biri ondan ibarətdir ki, avtomobillərin intensiv hərəkəti tıxaca görə tam qaydasında deyil". Bu barədə SİA-ya açıqlamasında nəqliyyat eksperti İlqar Hüseynov deyib.
Onun sözlərinə görə, paytaxtda tıxac problemi o qədər kəskin böhran vəziyyətindədir ki, hətta avtobuslar üçün nəzər tutulmuş ayrılan zolaq da bu problemin aradan qaldırılmasına kömək edə bilmir: "Çünki kəsişən yollar çoxluq təşkil edir. Örnək olaraq qeyd edim ki, Xırdalandan Bakıya istiqamət alan avtobus istənilən halda Avtovağzalı ötdükdən sonra "Şamaxinka" deyilən əraziyə qalxarkən tunelin sağ tərəfi ilə hərəkət etməyə məcbur olur. Burada bütün ictimai nəqliyyatla yanaşı fərdi nəqliyyat vasitələri də, o cümlədən rayonlardan daxil olan avtomobillərin şəhərə girişi “20 yanvar” istiqamətində kəsişdiyinə görə avtobusların hərəkəti pozulur və “20 yanvar” metrosuna qədər bu intevsivliyi bərpa etmək olmur.
Digər problem ictimai nəqliyyatda avtomobil parkları ilə bağlıdır. Bakı ətrafı kəndlərdən hərəkət edən avtobuslar çox köhnədir və müasir sistemlərə cavab vermir. Bəzən yayda soyutma sistemləri, qışda isə isitmə sistemləri işləmədiyinə görə konfortsuz bir vəziyyətdədir, yəni ictimai nəqliyyat gecikmələrlə işləyir. Tıxac problemi çox acınacaqlı vəziyyətdədir və bunun həll yolu ilə bağlı addımlar atmaq artıq mümkünsüzləşib. Ümumiyyətlə Bakı şəhəri və tıxac probleminin həlli ifadəsi bir-biri ilə tamamilə ziddir. Bunu həll etmək mümkün deyil. Konstitusiyada vətəndaşların Azərbaycan Respublikasının istənilən ərazisinə gedib gəlmək, nəqliyyat vasitələrini müstəqil idarə etmək hüquqları var. Hansı sürücüyə, eyni zamanda rayon, Sumqayıt, Quba və başqa yerlərdən işləmək üçün Bakıya gələn insanlara getmə-gəlmə demək olar? Bunu vaxtında kiçik və orta sahibkarlarla balanslaşdırılmış şəkildə inkişaf etdirmək lazım idi ki, regionlarda işsizlik probleminin həlli Bakıda olmasın. Yəni Bakı şəhəri 2 milyon əhali üçün nəzərdə tutulubsa 5 milyona yaxın yüklənib. Əksəriyyəti isə bir tikə çörək qazanmaq üçün gəlir. Xüsusilə imkanları daxilində ucuz avtomobil alıb taksi kimi fəaliyyət göstərirlər.
Bakı şəhərində böyük sayda avtomobil nəqliyyatı yüklənir ki, bunun artıq tıxac problemini həll etmək mümkün deyil. Avtobuslara yollar ayrılıb lakin bu da həll yolu deyil. Çünki o yollardan əvvəllər fərdi nəqliyyat vasitələri istifadə edirdi, indi isə avtomobillər sıxılmış zolaq ilə hərəkət etməyə məcbur olduğuna görə yük götürmə imkanları o qədər də deyil, yəni prospektlərin infrastrukturu buna icazə vermir. Marşurt xətləri yetərlidir. Lakin ictimai nəqliyyatın digər növü olan metrolarda həddindən artıq tıxac var. Yerüstü nəqliyyatda olan tıxac artıq metrolarda olan tıxaclarla eyniləşib. Problemin həlli yolu regionların sosial iqtisadi inkişafı, Qarabağ bölgəsində yeni iş yerlərini yaradıb əhalinin bir hissəsinin ora ləyaqətli yerləşməsi və köçürülməsini təmin etməkdir. Universtelərlə bağlı isə biz bunu dəfələrlə demişik amma artıq məsələ həllini tapa bilmir, Bakı Şamaxı arasında kifayət qədər boş yerlər var. Necə ki “Moskva” universteti Xocasəndə tikildi, həmin sistemi tətbiq etmək olar. Bu, 1-2 il zaman alacaq amma düşünürəm ki universtetlər şəhərdən çıxarılmalıdır.
Digər vasitələr vardır ki, yol ötürücülərinin sayı artırıla bilər. Məsələn, hesab edirəm ki həm "Yeni Avtovağzal" kompleksindən Yasamal, həm də Biləcəridən 9-cu mikrorayon istiqamətinə növbəti tez başa gələn yerüstü, kontruksiya imkanlarına malik olan yol ötürücülərini təşkil etmək olar. "Şamaxinka" ərazisindəki tunelin üstünü tam örtülü vəziyyətə gətirmək olar ki, orada zolaqların sayı artsın. Düşünürəm ki, "20 yanvar2 metrosuna qədər "Şamaxinka"da qurulan yol ötürücü tunelin üst hissəsinin açıq qalmasına ehtiyac yoxdur. Çox tonnajlı nəqliyyat vasitələrinin hərəkətini təmin etmək gücündə olan konstrukyalaşdırma işini aparıb üst hissədə nəqliyyatın intensivliyini təmin etmək bir həll yolu da ola bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə