"Yaralıların vəziyyətləri orta-ağır kimi qiymətləndirilir" - Polkovnik Mirfuad Mahmudov

"112 zəng mərkəzinə Sumqayıt şəhəri, Novxanı bağlar massivində partlayış hadisəsi baş verməsi haqqında məlumat daxil olmuşdur". SİA xəbər verir ki, bu sözləri Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi polkovnik Mirfuad Mahmudov deyib.

O bildirib ki, dərhal hadisə yerinə Sumqayıt Dövlət Yanğından mühafizə idarəsinin, o cümlədən Xüsusi riskli xilasetmə xidmətinin qüvvələri cəlb edilmişdir: "Hadisə yerində təhlükəsizlik tədbirləri görülmüş, ilkin kəşfiyyat zamanı məlum olmuşdur ki, dağıntılar altında iki nəfər vətəndaş qalıb. Dərhal xilasetmə əməliyyatlarına başlanılmış, iki nəfər sağ xilas edilərək aidiyyəti üzrə təcili tibbi yardım heyətinə təhvil verilmiş və xəstəxanaya evakuasiya olunmuşdur. Hal-hazırda vəziyyətləri orta-ağır kimi qiymətləndirilir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə